Şərəfli ömrün səhfələri - Şöhrət ölməz əməllərin ətridir (Sokrat )
İnsanı var-dövlət yetişdirməz, insanı əməli yetişdirər.Hər bir müsəlmanın vəzifəsi budur ki, ya alim olsun, ya da alimin dediklərinə və nəsihətlərinə əməl etsin. Əgər bir şeyi bilmirsə, soruşsun,yiyələndiyi elmə əsasən əməl etsin. Alimlərin də vəzifəsi budur ki, biz insanlara bilmədiklərimizi öyrətsinlər,bizi dinləsinlər.
İmam Hadi buyurur: “O alimlər ki, bizim davamçılarımızın və dostlarımızın fəryadına çatar, onun çətinliyini aradan qaldırar, Qiyamət günü elə halda məhşur olar ki, başında parlayan tac olar. O, nur saçar”.
Həzrət Peyğəmbər öz risalətinin əsl hədəfini məkarim əxlaqda görürdü.Layiq olmadığı şöhrətə yüksələnlər az sonra oradan enməyə məhkumdurlar.
Dünyaya hər insan bir cür gəlir. Elələri var ki, dünyaya gəlişləri ilə yalnız valideynlərinə sevinc bəxş etməkdən başqa bütün ömürləri boyu əllərindən bir iş gəlmir. Nəinki bir elin, obanın, heç bir ailənin qayğı yükünə belə çiyin verə bilmirlər. Amma elə insanlar da var ki, onların alın yazısı əvvəldən səsləyir.
Haqqında söhbət açdıgım alim,xeyirxahlığı ilə özünə əbədilik qazanan,xoş əməllər sahibi İbrahim Oruc oğlu Quliyev 1951-ci ildə dekabr ayının 21-də Lənkəran rayonunun Port-İliç şəhərində anadan olmuşdur.Fenomen yaddaşa sahib olan,İbrahim müəllim haqqında çox yazmaq olar.Əxlaqlı ,ağayana, alicənab, sadə, səxavətli, ədəbli və mərifətli birisi olmaqla yanaşı,vətənini sevən ona baglı olan təmiz qanlı Azərbaycanlıdır.
Bizim onunla ilk tanışlığımız 1998 ci ilə mənim LDU-də tələbəlik illərimə təsadüf edir.Astara rayonunun İcra Hakimiyyətinin Başçısı kimi çalışan, tələbələrinin sevimli müəllimi olan İbrahim müəllim də bir çoxlarında olmayan dinləmə qabiliyyətinin olması,biz gənc tələbələrə imkan verirdi ki,gələcək planlarımız haqqında onunla məsləhətləşək.İbrahim müəllimi tanıdan və sevdirən başqa üstün keyfiyyətləri onda idi ki,tələbələrinə həm müəllim,həm valedeyin kimi hər zaman düzgün yol göstərirdi. Mənəvi keyfiyyətləri tərbiyə prosesində aşılanmış, formalaşmış,İnsan necə düşünürdüsə,qarşısındakı insanada o,dəyəri verir, münasibətləri də kimsənin qəlbinə dəymirdi,onun bu cür alicənablıgıda özü bir davranış mədəniyyəti idi.
Yadımdadır qrup yoldaşım türk vətəndaşı olan Teyyub Kaplan oğlu ibrahim müəllimi ilk görərkən onu böyuk Atatürkə bənzətmişdi.
Qanun keşikçi olan bu insan,mükəmməl ailədə dünyaya göz açmaqla elə ilk tərbiəsini vətənpərvər valedeyinlərdən almışdı. Ailələri Liman şəhərinə köçdüyündən kiçik İbrahim Lənkəran şəhərindəki 4 saylı beynəlmiləl orta məktəbində bir il oxuduqdan sonra təhsilini Liman şəhərindəki 1 saylı beynəlmiləl orta məktəbində davam etdirib. Orta məktəbdən sonrakı fəaliyyətinin bir hissəsi Rusiya Federasiyası ilə bağldır. Hərbi xidmətdən sonra, Moskvada SSRİ DİŞ-in Ali Məktəbini bitirərək Rusiyanın Kirov vilayətində uzun illər polis rəisi işləyib. Sovet milisinin 60 illik yubiley tədbirindəki rus dilində səlis, məzmunlu çıxışı Azərbaycanın DİŞ naziri Arif Heydərovun da diqqətini cəlb edir. Fasilə zamanı İttifaqlar Evinin sütunlu salonunda İbrahim Quliyevlə görüşür, onu Azərbaycana dəvət etmək istədiyini bildirir.
İbrahim Quliyev SSRİ-nın Daxili İşlər Nazirliyinin Kaunas şəhərində milis məktəbini, SSRİ Daxili İşlər Nazirliyinin ali məktəbini, daha sonra Azərbaycan Kommunis Partiyasının Mərkəzi Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyi kollegiyasının qərarı ilə SSRİ Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının ittifaq respublikaları üçün rəhbər kadrları hazırlayan birinci fakültəsinə göndərilmiş, oranı əla qiymətlərlə bitirdikdən sonra həmin Akademiyanın məqsədli adyunkturasında (aspiranturasında) saxlanılmışdır. Namizədlik Dissertatsiyasını müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi göndərişi əsasında Moskva şəhərindəki Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasının əyani doktaranturasına daxil olmuşdur. Doktorluq dissertasiyasını müdafiə edərək huquq elmləri doktoru alimlik dərəcəsini almışdır.
Gəncə, Quba, Yevlax,Yardımlı,Astara şəhər və rayonlarının daxili işlər şöbələrinin rəisi vəzifəsində işləmişdir.Polis polkovnikidir. Qarabağ müharibəsinin iştirakçısıdır.
İkinci ixtisas kimi Gəncə Kənd Təsərrüfatı Akademiyasının iqtisad fakültəsini bitirmişdir.
1993-cü ildə ölkədə baş verən hərc-mərclik,xaos,dövlətə xəyanət edən qruplaşmalara Lənkəran hadisələri zamanı xalqımıza qarşı çıxanlara qarşı,fəal mübarizə aparan İ. O. Quliyevi qanunsuz silahlı separatçı dəstələr tərəfindən girov götürülərək yeddi gün həbsdə saxlanılsada o,içimizdən olan düşmənlərə baş əyməyərək vətəninə xəyanət etmədi,qürurla vətənin dar günündə müdafiəsinə qalxdı və yenidən işinə qayıtdı.
Azərbaycanın dövlətçiliyinə sədaqətlə xidmət edən İbrahim Quliyevin fəaliyyətini xüsusi dəyərləndirən Ulu Öndər Heydər Əlirza oğlu Əliyev onu 24 avqust 1993-cü il tarixli fərmanı ilə Astara Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir.
İ.O.Quliyev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 18 aprel 2001-ci il tarixində öz təşəbbüsü ilə istefaya getmişdir.
Professor İ. O. Quliyev dörd dəfə rayon və şəhər sovetlərinin deputatı seçilmişdir.
Hüquq elmləri doktoru, professor İbrahim Oruc oğlu Quliyev 2003-cü ildən Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin dəvəti ilə akademiyaya gəlmiş və həmin ildən "Hüquqşünaslıq" kafedrasına rəhbərlik edir.
Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən FD.06.011 Dissertasiya Şurasına sədrlik edir.
Professor İ. O. Quliyev 250-dən artıq elmi əsərin, o cümlədən dərslik, dərs vəsaitləri,monoqrafyalar, elmi məqalələr və elmi-metodik vəsaitlərin müəllifidir.
Professor İ. O. Quliyev eyni zamanda çoxsaylı dərslik, dərs vəsaitləri, monoqrafiyalar və elmi-metodik vəsaitlərin elmi redaktoru olmuş və rəylər vermişdir.
Professor İ. O. Quliyev 40-a yaxın hüquq üzrə fəsləfə doktorlarına elmi rəhbərlik etmiş, 2 hüquq elmləri doktorunun elmi məsləhətçisidir.
Bu gün Azərbaycanı dünya miqyasında səciyyələndirilərkən, ilk növbədə, sabitlik, inkişaf və demokratikləşmə ön plana çəkilir. Cənubi Qafqazın lideri statusunu inamla daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qətiyyətlə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir.
Professor İbrahim Quliyevin növbədənkənar prezident seçkilərində əhali ilə fəal görüşləri onun xalqa sədaqətini,dövlət başçısının ona etibarının və etimadını olduğunu əməlləri ilə bir daha sübut edir.
İ. O. Quliyev nümunəvi fəaliyyətinə və qüsursuz xidmətlərinə görə keçmiş SSRİ-nin Daxili İşlər Nazirliyinin əməkdar işçisi adına, milis əlaçısı döş nişanına, fəxri fərmanlara layiq görülmüş və çoxsaylı medallarla təltif olunmuşdur.
Azərbaycan KİVİHİ-nin Hacı Zeynalabdin, "İnam", "Vətən" mükafatlarını almış, respublikada ilin ən yaxşı ziyalısı fəxri adına layiq görülmüşdür. Rusiya Federasiyasında işlədiyi dövrdə onun xidməti fəaliyyəti ilə bağlı "Peşəyə sevgi" adlı sənədli povest yazılmışdır. Dəyərli professor haqqında Söz jurnalının 5-ci sayında 1997 ci ildə Sevda Əlibəyli Qüdrətli sözu əvəz edən ikinci qüvvə yoxdur, Ömrün unudulmaz illəri. İbrahim Quliyev -70. Sevda Əlibəyli Söz jurnalı. Noyabr 2021. Görkəmli alim, ləyaqətli vətəndaş. Südeyf İmanverdiyev-tibb elmləri doktoru, professor, AMEA-nin müxbir üzvü. YAP-in 91-lərindən, Tanrının sevdiyi adam. Sevinc Qəniqizi. Baki. Arxaya baxmağa dəyər Musa Quluzadə. Azərbaycan Respublikasının Prezidenti Yan. Dövlət idarəçilik akademiyası. Əməkdar müəllim, tar.u.e.d.professor. Lənkəran hadisələri-30. Cənub bölgəsinin vətənə sədaqət imtahanı. Dekabr 2023 Məşəl jurnalı. Tar.u.f.d. Cəmil Quliyev
Lənkəran hadisələri. Cənub bölgəsinin vətənə sədaqət imtahanı. 23 avqust 2023. Xalq qəzeti. Tar.u.f.d. Cəmil Quliyev
Yaşasın İbrahim müəllim. Xalq şairi Nəriman Həsənzadə
Lənkəran hadisələri. Cənub bölgəsinin vətənə sədaqət imtahanı. Sentyabr 2023 Aşkarlıq qəzeti. Tar.u.f.d. Cəmil Quliyev
Narahat gecələrin mükafatı. Ramiz Hüseynov.
Qızıl ömrün əlvan sətirləri kitabı 2017
M.Qaraxanoglunun "Yatmış mələkləri oyatmayın" kitabında "Professor İbrahim Quliyevin Bəmbəyaz portreti" adlı oçerk 70 illiyinə həsr olunur.
Mərhum Kərbəlayi Ayaz Əhmədov, Hacı Mirhaşım Talışli İbrhaim Quliyevin 65 illiyinə "Mənim sevimli şagirdim" başlıqlı yazılar Lənkəran qəzetində İbrahim Quliyev haqqında yazıblar.
Dövlətçiliyə xidmət edən hüquqşünas alim. Respublika qəzeti. Əlisəfa Həsənov.
Yazıçı publicist,Əməkdar müəllim Səyavuş Süleymanlı Dünya Xatirəylə girib yuxuma kitabında Liman şairləri,ziyalıları,alimlərindən bəhs etməklə yanaşı,sevimli şagirdi İbrahim müəllim haqqında da yazmışdı.
Qüdrətli sözü əvəz edən ikinci bir qüvvə olmadıgı üçün dəyərli professor haqqında yazılan bütün yazılanlar ona əsas verir ki,insanı ucaldan omür yolunu boşuna yaşamamışdır.
Haqqında bəsh etdiyim dəyərli müllimim ailəlidir iki övladı,iki nəvəsi var.
Yeni yaşınız mübarək əziz müəllimim.Həyatınıza daha gözəl anları gətirəcək bu müdrik yaşın işığında, hər növ sazaqlara sinə gərərək, ömür qatarının yönəltdiyi,daha gözəl yaşlara inşallah.
Şərəfli ömür
Dünyaya gəlişiniz,ilahi nurdu
Tanrı hər yolunu,işıqlı qurdu
Oldu fəxarətlə,qürurla dolu.
Şərəfli ömürdür keçdiyiniz yollar,
Açılsın üzünüzə nurlu sabahlar.
Günəşin zərrəsi,sönməz ziyası,
Siz ki, millətimin qeyrət qalası.
Olduz dar günündə vətən mayası.
Şərəfli ömürdür keçdiyiniz yollar,
Açılsın üzünüzə nurlu sabahlar.
Həmişə örnəksiz əməlinizlə,
Vətəni sevmisiz təmiz ürəklə.
Qoruduz əsgərtək hünərinizlə.
Şərəfli ömürdür keçdiyiniz yollar,
Açılsın üzünüzə nurlu sabahlar.
Mənliyi,qüruru uca tutmusuz,
Vicdanlı olmağı qanun bilmisiz,
Xalqına duyduğunuz eşqi seçmisiz.
Şərəfli ömürdür keçdiyiniz yollar,
Açılsın üzünüzə nurlu sabahlar.
Yaşayın,yaşınız üstə fəsillər gəlsin,
Könlünüz səadətlə daim sevinsin.
Sizə hər gələn il şadlıq gətirsin.
Şərəfli ömürdür keçdiyiniz yollar,
Açılsın üzünüzə nurlu sabahlar.
Lənkəran Dövlət Universiteti
Tarix üzrə fəlsəfə doktoru
Baş müəllim
Leyla Qadir qızı Məcidova