» Ədalət Abbasov: Zəfər imzalı qüdrətli Lider

Ədalət Abbasov: Zəfər imzalı qüdrətli Lider

  • 1-02-2024, 12:07
  • ---
  • 0
  • 97


 Qaradağ Rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov - Bütün seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və xalqımızı qalib xalq, dövlətimizi qalib dövlət edən Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram. Xalqımız müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək seçkilərə qatılaraq Azərbaycanın xoşbəxt gələcəyinə - ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklər. Ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycanı dünya arenasında uğurlu və qalıb dövlət səviyyəsinə ucaldan, dünyaçaplı siyasi lider, möhtərəm, Cənab Prezident İlham Əliyev hər bir azərbaycanlının iftixarı və qürur mənbəyidir. İlham Əliyev İkinci Vətən savaşını və 24 saatlıq antiteror əməliyyatını zəfərlə başa çatdırmaqla Azərbaycanda, regionda və Dünyada erməni mifinə ağır və sarsıdıcı zərbələr vurdu və Dünyanın ən ciddi problemlərindən olan Qarabağda erməni separatizmini ləğv etməklə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.Müstəqillik qazanıldıqdan sonra bütövləşmiş Azərbaycan Respublikasında erməni işğalı nəticəsində Qarabağdan və Şərqi Zəngəzurdan didərgin düşən soydaşlarımız ilk dəfə olaraq doğma yurdlarında seçkilərdə iştrak etmək imkanı qazanmışdır. Bu, xəyalların gerçəyə çevrilməsinin müəllifi cənab İlham Əliyevdir.
Ölkə başçımız İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi 20 il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, ölkəmizin nüfuzu Beynəlxalq səviyyədə güclənmiş, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.
Bütün liderlilik xüsusiyyətlərini özündə cəmləşdirən, yüksək intellekti, dərin analitik istedadı, mahir diplomatlıq bacarığı, unikal idarəçilik keyfiyyətləri İlham Əliyevi liderlik etolonuna qədər yüksəltmişdir.
Ədalət Abbasov: Zəfər imzalı qüdrətli Lider

İşğaldan azad olunmuş ərazilər böyük kənd təsərrüfatı potensialına malikdir və bu istiqamətdə əsaslı tədbirlər görülməkdədir. Ötən il həmin ərazilərdə 100 min hektara yaxın sahədə kənd təsərrüfatı məhsulları əkilib-becərilmişdir. Sahələr minalardan təmizləndikdən, insan həyatının təhlükəsizliyi hərtərəfli təmin olunduqdan sonra həmin ərazilərdə bol pambıq, taxıl, üzüm, barama, meyvə məhsulu əldə etmək, heyvandarlığı inkişaf etdirmək mümkün olacaqdır.
İqtisadiyyatı inkişaf etdirmək, müdafiə və təhlükəsizlik sistemini möhkəmləndirmək, ölkə əhalisinin rifah halını yaxşılaşdırmaq, beynəlxalq aləmlə əlaqələri genişləndirmək, regionda sülh və əmin-amanlığı təmin etmək, etibarlı dostlar və tərəfdaşlar qazanmaq Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdəndir.
Azərbaycan bu gün dünyaya açılan bir qapıdır. Bu qapıdan dost kimi keçənlər üzüağ, xəyanətə əl atanlar, ölkəmizin imicinə kölgə salanlar isə başıqapazlıdırlar. Prezident sözünə sadiqdir və bunu əməli fəaliyyəti ilə sübut edir. O, Qarabağ Zəfəri, erməni separatçılarının kökünü ərazilərimizdən kəsməklə adını xalqımızın tarixinə əbədi həkk etdirib və Azərbaycan tarixində əbədi ömür qazanıb. Məhz Azərbaycanın dünyaya açıldığı və beynəlxalq aləmdə nüfuz qazanıb söz sahibi olduğu bir vaxtda cənab İlham Əliyev Prezident seçkilərinə gedir. “Sözümüz imzamızdır!” kəlamını örnək hesab edən və sözünün əsl sahibi olan Prezidentimizin 20 illik fəaliyyəti, xalqının xoşbəxtliyi, Vətəninin azadlığı, ölkənin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər göstərir ki, cənab İlham Əliyev bu illər ərzində mükəmməl bir dövlət başçısı nümunəsinə çevrilib.Xalq öz rəhbərini sevir, dəstəkləyir və qiymətləndirir. Çünki dövlət başçısı daim öz xalqı ilə birlikdədir, bütün vətəndaşlarına qayğı göstərir, dəstək verir, arzularını, istəklərini həqiqətə qovuşdurur. Azərbaycanı qarşıda çox mühüm seçki kampaniyası gözləyir. 7 fevral Prezident seçkiləri ilk dəfə bütün ölkə ərazisində keçiriləcək. Seçkilərin keçirilməsi beynəlxalq normalara və dünya ölkələrinin təcrübəsinə uyğundur. Əvvəlki seçkilərdən fərqli olaraq hazırda işğaldan azad olunmuş ərazilərdə seçki dairələri və məntəqələri yaradılmışdır.
Seçkidə cənab İlham Əliyevin qalib olacağı şübhəsizdir. Çünki cənab İlham Əliyev əsir torpaqlarımızın, el-obalarımızın xilaskarı, niskilli ana-bacılarımızın ümidi, inamı, hər bir vətəndaşın dayağıdır. Bunu hər bir insan görür, duyur və öz taleyində hiss edir.
Ölkəmizi qalib ölkəyə, xalqımızı qalib xalqa çevirən, dövlətimizi regionun lider dövləti səviyyəsinə qaldıran, Dünyada söz sahibi edən, Vətənimiz Azərbaycanı bütün varlığı ilə sevən, sevdiyi xalqımıza qırılmaz tellerlə bağlı olan alternativsiz liderimiz İlham Əliyevə səs verib, etimad göstərmək hər birimizin vətəndaçlıq borcudur.
Sizi 07 fevral 2024-cü ildə böyük coşqu ilə məntəqələrə gəlib, Dünya səviyyəli liderimiz İlham Əliyevə səs verməyə dəvət edirəm.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya