» Dünya miqyaslı siyasi lider -Fotolar

Dünya miqyaslı siyasi lider -Fotolar

  • 30-01-2024, 12:28
  • ---
  • 0
  • 64
Dünya miqyaslı siyasi lider -Fotolar


2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda təhsil sahəsində çalışan seçicilərlə görüş keçirilib.

Görüşün əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Vaqif Şadlinski, Bəhram Şiriyev və Fikrət Əliyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, dövlət başçısı İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi strategiyası ilə dövlətimiz dünya dövlətləri içərisində layiqli yerini tutub, beynəlxalq nüfuzu və mövqeyi daha da artıb, xalqımıızn rifah halı yüksəlib. Məhz bu istiqamətdə görülən işlərin, həyata keçirilən islahatların davam etməsi ilə dövlətimiz daha da inkişaf edəcək, daha böyük nailiyyətlərə imza atacaq. Buna görə seçicilər seçkilərdə fəal olmalı və dövlət başçısı, müzəffər Ali Baş Komandan ilham Əliyevin siyasi kursunun davam etməsinə səs verməlidirlər.

Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcək, Müzəffər Ali Baş Komandan, dünya miqyaslı siyasi lider İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Qalereya