Mübarizənin hədəfi
Dövlət başçısı İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi yayımlanıb. İindiki vaxtda Azərbaycan Prezidentinin müsahibəsi çox mühüm bir vaxta düşür. Müsahibə ölkəmizin başçısının baş verən hadisələrə münaibətinin öyrnəliməsi və Azərbaycanın gələcəyə baxış siyasətinin mahiyyətini izləmək baxımından olduqca önəmlidir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan liderinin ilk növbədə bütün inkişaf tendensiyalarının regional təhlükəsizlikdən keçdiyini dəfələrlə vurğulaması və bu sahədə konkret addımlar atması, dünya güclərinin diqqətini cəlb etmişdir. Məhz cənab Prezidentin bu qətiyyətli siyasəti dünyanın üzünü cənubi Qafqaza çevirməsinə və indiki dövrdə mühüm nəqliyyat dəhlizlərinin buradan keçməsi fonunda bu regionda hər cür ikili standartlardan imtina edib həqiqətin yanında durması istiqamətini seçməsinə səbəb olmuşdur. Məhz bu siyasətin nəticəsi olaraq nail olduğumuz Zəfər də, ərazi bütövlüyümüzün bərpası da məntiqlidir.
Yeni tarixi reallıq və yeni tarixi mərhələ dövründə yaşayan Azərbaycanın 30 illik tarixində baş verən proseslərdən Zəfərlə çıxmasının görünməyən tərəfləri var və bu məqam da hamı üçün maraqlıdır. Bu maraq doğuran sualı vcavablandıran ölkə başçısının cavabından məlum oldu ki. azərbaycanın 30 illik bir dönəmi qələbə ilə başa vurmasının əsas səbəblərindən biri və birincisi düzgün siyasi strategiyanın seçilməsi və xalqın dəstəyidir. Tarixin dönüş nöqtəsi kimi xarakterizə olunan 2003-cü ildə Azərbaycan xalqının düzgün seçim etməsi və ulu öndər Heydər əliyev siyasətinin davam etdirilməsinə dəstək verilməsi məhz bu nəticələrdə xüsusi rola malikdir: “Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.”
Son zamanlar Fransanın rəsmi şəxsləri tərəfindən tez-tez anti-Azərbaycan bəyanatlarının, Parisin BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çalışdığı qətnamələrin, həmçinin Ermənistanın silahlandırılmasının şahidi oluruq. Fransanın belə mənfi münasibətinin səbəblərinə dair sualı cavalnadıran ölkə başçısı əslində təkcə Fransaya yox, elə onların müdafiəı etdikləri, havadar çıxdıqları ermənilərə, həmçinin digəır ermənipərəst qüvvələrə də qətiyyətli cavab verdi: Zənnimcə, bu gün baş verənlər BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqında bir fiaskodur, onların Avropa parlamentindəki nümayəndələri vasitəsilə bizə müəyyən mənada zərər vermək, ola bilər ki, hətta “qıcıqlandırmaq” kimi boş cəhdlərinin hamısı faydasızdır. Təbii ki, biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik.”
Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Ermənistabnla aparılan sülh danışıqları da bu gün gündəmdə olan ciddi məslələrdən biridir. Hazırda prosesin gedişi göstərir ki. Ermənistan müxtəlif bəhanələrlə prosesi ləngitməklə məşğuldur. Delimitasiya və demarkasiya prosesini qabağa salmaqla sülh danışıqlarını uzatmağa çalışan Ermənistanın bu istəyi reallaşacaqmı sualına aydınlıq gətirən vənab prezident qeyd etdi ki. “əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Çünki dəfələrlə biz demişik ki, bizim dost və qonşu Gürcüstanla delimitasiya hələ başa çatmayıb. Sərhədin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Rusiya ilə bizim delimitasiya prosesimiz 20 il davam etdi, 2012-ci ildə ancaq imzalandı və bu günə qədər 13 il keçib, bütün o dirəklər, nişanlar hələ qoyulmayıb, demarkasiya hələ ki, tam aparılmayıb. Ona görə əgər biz bu iki mövzunu qarışdırsaq, onda sülh müqaviləsi uzanacaq, bəlkə də 30, 50 il bundan sonraya. Biz hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Amma yəni, demək istəmirik ki, bizim şərtlər əsasında. Ancaq hesab edirəm ki, bizim şərtlərimiz ən ədalətli şərtlərdir. Delimitasiya prosesi isə davam etməlidir. Kəndlər bizə qaytarılmalıdır. Anklavlarla bağlı komissiyanın işi nəticəsində də razılığa gəlmək olar. Yəni, hesab edirəm ki, bu, tam məntiqli yanaşmadır.”
Məlumdur ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Alternativ enerji sahəsində əldə olunan nailiyyətlər yaxın gələcəkdə ölkəmizin “yaşıl enerji” sahəsində çx mühüm nəticələrə nail olacağından xəbər verir. Eyni zamanda iqlim dəyişikliklərinə enerji sahəsinin təsiri də danılmazdır və ənənəvi enerjidən imtina kimi mühüm məsələ də gündəmdə qalır. Bu mənada “Azərbaycanın bərpaolunan enerji potensialı ildən-ilə artır. Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilir. Hətta 2030-cu ilə qədər bu potensialın 30 faiz artırılması planlaşdırılır. Eyni zamanda, ölkəmiz COP29 kimi böyük bir tədbirə ev sahibliyi edəcək. Qarşıda duran hədəflər, əsas istiqamətlər nələr olacaq?” sualını cavablandıran ölkə başçısı bildirmişdir ki, “Beynəlxalq Maliyyə Korporasiyası, - o da Dünya Bankının bir qoludur, - Xəzərdəki bizim potensialımızı 157 min meqavat həcmində təsdiqləyib. Ona görə indi enerji sahəsində bu istiqamət prioritetdir. Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verildi və qrafik üzrə biz yaxın üç-dörd ilə bərpaedilən enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdıracağıq. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi elektrik stansiyalarımızın potensialı hazırda təqribən 7-8 min meqavatdır və yeni stansiya da inşa edilir - 1200 meqavatlıq, yaxın zamanlarda istifadəyə veriləcək. Hazırda bizim elektrik stansiyalarımızda il ərzində təqribən 5 milyard kubmetr təbii qaz elektrik enerjisinin istehsalına sərf edilir. İndi bərpaolunan enerji növləri bizə, o cümlədən imkan verəcək ki, həmin o 5 milyard kubmetr qazı yox, bəlkə 1-2 milyard kubmetr qazı elektrik enerjisinin istehsalına xərcləyək, qalan qazı ixrac edək. Onsuz da Avropada bizim qazımıza tələbat gündən-günə artır və biz bunu ancaq bərpaolunan enerji hesabına edə bilərik.”
Azərbaycanın Qoşulmama Hərəkatında oynadığı rola dai sualı cavablandıran cənab Prezident bu mötəbər təşkilatın indi daha nüfuzlu bir təşkilata çevrilməsinin qısa tarixçəsini anladaraq ölkəmizin bu prosesdə rolunu da qeyd etdi. Son dönəmdə Azərbaycanın sədrlik etdiyi Hərəkat bu gün BMT-dən sonra ikinci ən nüfuzlu beynəlxalq təşkilat kimi rol qazanmışdır. Ölkəmzibn başçısı demişdir: “Hərəkatın yaranmasının təməl prinsiplərini – daha dəqiq desək, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini həmişə tam dəstəkləmişik və dəstəkləyirik, həmçinin Hərəkatın qurucularının 60 ildən də çox müddət əvvəl rəhbər tutduqları ideyaları bölüşürük. Məhz böyük geosiyasi mərkəzlərdən uzaq durmaq və heç kimin dediyi ilə oturub-durmamaq. Yəni, bu, mahiyyət etibarilə, müstəqillik uğrunda, müstəqil siyasət uğrunda Hərəkat olub. Hesab edirəm ki, Hərəkat daha qlobal oyunçular adlanan güclərin əleyhinə deyil, öz seçimi, öz ləyaqəti, ölkələrin xalqlarının istədikləri kimi yaşamaq istəyir. Biz bu prinsipləri həmişə bölüşmüşük və indi də bölüşürük. Fikrimcə, hazırda beynəlxalq analitiklər Azərbaycanı daha yaxşı tanıyırlar, bizim rəhbər tutduğumuz prinsiplərə bələddirlər. Gözəl başa düşürlər ki, siyasət uzaqlaşma deyil, dostluq zəminində aparılmalıdır, necə deyərlər, Azərbaycanda deyildiyi kimi, “səninki səndə, mənimki məndə”. Bu, əməkdaşlıq üçün ən yaxşı yoldur. İnteqrasiya prosesləri könüllülük əsasında həyata keçirilməlidir. Heç bir inteqrasiya əsas inteqrantın üstünlüyünə gətirib çıxarmamalıdır. İndi Avropa İttifaqı məkanında bəzi Avropa ölkələrinin, onların öz ölkəsində böyük dəstəyə malik olan rəhbərlərinin necə “ağ qarğaya” çevrildiyini görürük, çünki onların mövqeyi ümumi istiqamətdən fərqlənir. Bəs, onda demokratiya prinsipləri harada qaldı, bu strukturun guya əsaslandığı bərabərlik prinsiplərinə nə oldu? Əgər təşkilatın hər hansı üzvü hansısa məsələyə dair fərqli fikirdədirsə, ona qarşı ayrı-seçkilik, sanksiyalar tətbiq etmək, tamamilə qanunsuz olaraq maliyyə vəsaitindən məhrum etmək lazım deyil. Bütün bunlar dünyanın gözü qarşısında baş verir, yəni, artıq maskalar da çıxarılıb.”
Son olaraq qeyd eək ki, Azərbaycan dövlətinin suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizənin əsas Lideri kimi yeni bir tarix yazan ölkə başçısı bir daha qətiyyətli mövqe ortayua qoyaraq bundan sonra da imperializmə və neokololonializmə qarşı mübarizənin davam etdiriləcəyini, ölkəmizin daim haqlının yanında olacağını bildirmiş, qarşıda bizi gözləyən yeni hədəflərin istiqamətini göstərmişdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri