» Eltun Süleymanov: “Cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir”

Eltun Süleymanov: “Cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir”

  • 21-12-2023, 10:30
  • ---
  • 0
  • 54
Eltun Süleymanov: “Cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir”


“XXI əsrə növbəti itkilərlə daxil olan xalqımız qazandığı, sabahına inandığı, gələcəyinə ən ali ümidlərlə baxdığı liderlə nəhayət yeni səhifə açmağa başladı. Ulu Öndərimizin Azərbaycana qayıdışı ilə xalqımızın sabaha olan ümidləri artdı. Müstəqillikdən bu yana ölkəmizi uçurumun kənarından xilas edən Ulu Öndərimiz Heydər Əliyevin siyasətinə, ideologiyasına tam olaraq inanan xalq İlham Heydər oğlu Əliyevi özünə rəhbər seçdi.
1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan vətəndaşını liderlik siyasətinin mərkəzinə qoyan cənab Prezidentin hər zaman ən əsas prioriteti xalqın rifahı olmuşdur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müssahibimiz qeyd edib ki, “ cənab İlham Əliyev hakimiyyətdə olduğu 20 il müddətində xalqa verdiyi bütün vədləri yerinə yetirən Lider kimi çox mühüm tarixi hadisələrə imzasını qoydu. Həyata keçirdiyi siyasətin məntiqi nəticəsi olaraq bu gün O, xalqın güvənc yeri, fəxri və inamıdır.
Prezident İlham Əliyev Azərbaycanı qlobal dövlətin, infoimperializmin və netokratiyanın əyalətinə çevrilməyə qoymadı. Neft kapitalını intelektual kapitala çevirək şüarı ilə krieativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin etdi. Tarixi İpək Yolunu bərpa etmək üçün bütün müqavimətlərə və rəqabətə baxmayaraq, Bakı-Tiblisi-Qars dəmiryolu xəttinin çəkilişinə nail oldu. Bu strateji qərar ilə türk dünyasını dəmir kəmərlə bir-birinə bağlamaqla onların iqtisadi birliyini təmin etdi. Eyni zamanda, bu layihə Azərbaycanı Asiyaya və Avropaya polad raylarla bağlamış oldu. XXI əsrin iqtisadi möcüzələri sayıla biləcək TANAP və TAP layihələrini reallaşdırdı. Bu layihələrin reallaşması üçün diplomatiya tarixində görünməmiş təzyiqlərə, hətta təhdidlərə belə məruz qalmasına baxmayaraq, çox nəhəng ölkələrin dizini yerə gətirdi. Beləliklə, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələrinin müəllifi kimi tarixə düşdü. Ölkəmizdə xüsusi dövlət proqramları qəbul edərək ərzaq təhlükəsizliyimizi təmin etdi. Bununla da milli iqtisadi resurslarımızın sadəcə qida ehtiyatlarına sərf edilməsinin qarşısını almaqla milli gücümüzü artırmış oldu. Bu gün cənab İlham Əliyevin xarici siyasət strategiyası dünya ictimaiyyəti tərəfindən təqdir olunan model kimi səciyyələndirilir. Çünki Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. Ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə yanaşı, bölgənin inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq etdiyi qonşu regionlardakı ölkələrin də inkişafına şərait yaradır. Bu isə, ilk növbədə, Azərbaycanın gücünü, qüdrətini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin növbəti uğuru 2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə Hökumətlərarası Saziş və Ev Sahibliyi haqqında Sazişin imzalanması olub. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapdı.
Prezident İlham Əliyevin rasional xarici siyasət strategiyasının fonunda ermənilərin uzun illərdir ki, Azərbaycana, Türkiyəyə və Türk dünyasına qarşı apardıqları qara piar kampaniyası iflasa uğradıldı və bu məsələdə obyektiv ictimai rəyin formalaşdırılmasına nail olundu. Bu, cənab İlham Əliyevin bütövlükdə Türk dünyası qarşısındakı ən böyük tarixi xidmətidir.”

Eltun Süleymanov bildirib ki, “Cənab İlham Əliyevin siyasi kursunun qanunauyğun nəticəsi kimi, ölkəmizdə söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilib, o cümlədən dövlətimizin başçısı mətbuatın inkişafına, media nümayəndələrinin sərbəst fəaliyyətinə və sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub.
Ən başlıcası isə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atıb. 19 sentyabr 2023-cü ildə keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın ıərazi bütövlüyüy və suverenliyi tam bərpa olunub və xankəndində Azərbaycan bayrağı dalğalanıb.
Məhz Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Bunlar, bu qələbələr, uğurlar insanların gözü qarşısında, özlərinin iştirakı ilə baş verib. Ona görə də qədirbilən xalqımız onu uğurdan-uğura, qəlkəbədən qələbəyə aparan rəhbərini əbədi Lider kimi qəbul edir və onun ətrafında sıx birləşərək gələcəyə doğru inamla addımlayır. O Lider cənab İlham Əliyevdir.”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya