» Eltun Süleymanov: “Heydər Əliyev heç vaxt yanılmayan böyük tarixi şəxsiyyətdir”

Eltun Süleymanov: “Heydər Əliyev heç vaxt yanılmayan böyük tarixi şəxsiyyətdir”

  • 8-12-2023, 10:36
  • ---
  • 0
  • 61
Eltun Süleymanov: “Heydər Əliyev heç vaxt yanılmayan böyük tarixi şəxsiyyətdir”


“XX əsrin II yarısı-XXI əsrin əvvəlləri Azərbaycan tarxinin ən görkəmli siması ümummilli lider Heydər Əliyevdir. O, hələ sovet dövlətinin mövcud olduğu illərdə Dövlət Təhlükəsizlik Komitəsində leytenantdan generaladək yüksəlmişdir. Azərbaycana rəhbərliyinin I dövründə respublika xalq təsərrüfatını və mədəni quruculuğunu əsaslı surətdə yaxşılaşdırmaq siyasətini həyata keçirirdi. H.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər bölgənin siyasi, sosial-iqtisadi, mədəni inkişafını çətin və əlamətdar dövrüdür. 1993-cü ildən Heydər Əliyevin Azərbaycan rəhbərliyinin II dövrü başlayır. Dövlətin daxili və xarici siyasəti milli maraqlara və uzaqgörən siyasi prespektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Azərbaycan tarixinə Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi, azərbaycanlıların ümumilli lideri, XX əsrdə yenidən müstəqillik qazanmış Azərbaycanın dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamış dövlət başçısı kimi daxil olmuşdur.
Heydər Əliyevin respublikaya rəhbərlik etməsinin birinci dövründə (1969-1982) idarəetmə mexanizmi və metodlarının təkmilləşdirilməsi, qanunçuluğa ciddi əməl edilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafı sahələrində yüksək göstəricilər əldə edilməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, soykökü əsasında millətdə müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün də çox mühüm işlər görülmüşdür. Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrü ictimai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bütün sahələrində sürətli inkişaf dövrü olmuşdur. 1982-ci ilin noyabrında Heydər Əliyev Sov.İKP MK Siyasi Büro üzvü seçilmiş, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir. SSRİ kimi nəhəng bir dünya dövlətinin ali rəhbərliyinə ucalmaqla Heydər Əliyev dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş etdirmişdir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki,
“Azərbaycanda XX əsrin 80-ci illərinin sonunda sovet rejiminə qarşı başlayan azadlıq mübarizəsini boğmaq üçün müxtəlif vasitələrdən istifadə edən Moskva rəhbərliyi 1990-cı ilin 20 yanvarında Bakıya silahlı qüvvələr yeritmiş, burada qanlı qırğın törətmişdir. Qanlı qırğının ertəsi günü Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində verdiyi cəsarətli bəyanatında Azərbaycan xalqına qarşı silah işlədilməsini qətiyyətlə pisləmiş, Azərbaycan xalqının qurtuluş mübarizəsinin qarşısının alınmasının mümkünsüzlüyünü vurğulamışdır. Mübariz mövqeyini davam etdirən Heydər Əliyev Dağlıq Qarabağda münaqişə ilə bağlı mərkəzin ikiüzlü siyasətinə, erməni tərəfini dəstəkləməsinə etiraz əlaməti olaraq Sov.İKP sıralarını tərk etmişdir. Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıya gəlmiş, sonra isə Naxçıvana getmişdir. Siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda, əlamətdar dövrüdür. Heydər Əliyev, birinci növbədə, Naxçıvanı Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi.
Heydər Əliyevin dövlətçilik haqqında baxışları nəzəri-təcrübi konsepsiya əhəmiyyəti daşıyır. Bu konsepsiyada dövlətçilik anlayışı, dövlət və dövlətçiliyin qarşılıqlı əlaqəsi, dövlətçiliyin milli ideologiyada yeri, əhəmiyyəti və digər məsələlər əksini tapmışdır. Heydər Əliyev dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyası ilə birgə, onun Azərbaycan dövlətçiliyinin tarixinə tətbiqini də həyata keçirmişdir. Heydər Əliyev eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin də banisidir. Müstəqil Azərbaycan dövlətinin idarəetmə mexanizmini və hüquqi sistemini formalaşdırmışdır. Ən vacib məsələlərdən biri də Azərbaycan dövlətçiliyində siyasi varisliyin təmin edilməsidir.”

Eltun Süleymanov daha sonra bildirmişdir ki, “22 may 2001-ci il tarixində Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdə ulu öndərin səsləndirdiyi “Ölkəmizin Avropa Birliyinə daxil olması Avropanın mənəviyyat, ənənələr cəhətindən zənginləşdirilməsinə gətirib çıxaracaqdır. Azərbaycanın bugünkü reallığı Avropa və Şərq milli dəyərlərinin sintezindən ibarətdir. Avropa dəyərlərinin üzərinə bunu əlavə etsək, Avropa dəyərləri daha da zəngin olacaqdır” fikri olduqca dərin məna ifasdə edirdi. Ümummilli lider Azərbaycanın dünya svilizisaiyasında yerini xatırlatmaqla, bu günkü real mənzərəni təsvir edir, hələ o zaman Avropa parlamentərilərinə gələcəkdə Azərbaycanın mühüm rol oynayacağını xatırladırdı.
Ulu öndər ATƏT-ə, onun Minsk qrupunun fəaliyyətinə münasibətini belə ifadə edirdi: “Biz hesab edirik ki, ATƏT-in prinsipləri dəyişilməz, pozulmaz olmalıdır. ATƏT-in prinsiplərini pozan Ermənistan cəzasız qalır. Hər iki ölkəyə eyni münasibət göstərilir. Baxmayaraq ki, bir ölkə təcavüzkardır, o birisi isə təcavüzə məruz qalmışdır. Əgər təcavüzkara lazımi cavab verilməsə, onun qarşısı alnmasa, yaxud təcavüzkar cəzalanmasa, təcavüzkarlar başqa yerlərdə də belə hərəkət edəcəklər.”
Zaman göstərdi ki, bu böyük tarixi şəxsiyyət heç vaxt yanılmamışdır.
Minlərcə belə sitatlar gətirmək olar ki, dahi şəxsiyyətin uzaqgörən fikirlkəri bu gün reallığa çevrilmişdir. Azərbaycanın dövlətçilik tarixində özünəməxsus rolu olan ulu öndər Heydər Əliyevin hər kəlməsi, hər fikri bu gün öyrənilməyə və tədqiq edilməyə layiqdir.”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya