» Aqiyə Naxçıvanlı: “İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsinə xidmət edir”

Aqiyə Naxçıvanlı: “İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsinə xidmət edir”

  • 22-11-2023, 19:52
  • ---
  • 0
  • 62
Aqiyə Naxçıvanlı: “İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsinə xidmət edir”


“İraq Azərbaycan Respublikasının müstəqilliyini 02 yanvar 1992-ci il tarixində tanımışdır. 30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuş və elə həmin ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. Artıq uzun müddətdir ki, İraq və Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman həmrəylik nümayiş etdirir, hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirlər. Cari ilin 20 noyabr tarixində İraq Respublikasının Prezidenti Azərbaycana ilk dəfə olaraq rəsmi səfər etmişdir. Buna görə də Ölkə Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu səfəri tarixi səfər kimi qiymətləndirmişdir. Həmçinin dövlətimizin başçısı bildirmişdir ki, İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana bu səfəri ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin güclənməsinə töhfə verəcək. Məhz bu məqsədlə də iki ölkənin dövlət başçılarının həm təkbətək, həm də nümayəndə heyətləri ilə görüşlərində ikitərəfli gündəliyin bir çox məsələləri müzakirə olunub, gələcək əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilib.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Həmçinin deputat Cənubi Qafqazda mövcud olan real vəziyyət barədə Prezident İlham Əliyevin çıxışında təqdim olunan açıqlamalrın müstəsna əhəmiyyətini vurğulayıb və bildirib ki, regional münasibətlərin perspektiv inkişaf istiqamətlərinin müəyyən edilməsində bu məlumatların nəzərə alınması son dərəcə vacibdir: “Dövlət başçımızın çıxışında hər zaman olduğu kimi, tarixi faktlara və bu gün Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyətin dərin təhlilinə əsaslanan detallı açıqlamalar yer alıb. Cənab Prezident ali qonağı məlumatlandıraraq ilk növbədə bildirdi ki, Ermənistan 1990-cı illərin əvvəlində Azərbaycana qarşı təcavüzə başlayıb və bu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələnib. Eyni zamanda rəsmi İrəvanın həyata keçirdiyi etnik təmizləmə siyasəti bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulmasına səbəb olub. Ermənistan 30 ilə yaxın ərazilərimizi işğal altında saxladı və torpaqlarımızı geri qaytarmaqdan imtina etdi. Bütün beynəlxalq vasitəçilik səyləri də heç bir nəticə vermədi. Nəhayət 2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə verilmiş legitim imkandan istifadə edərək işğaldan azad etdi. Lakin Ermənistan məğlub olduğu II Qarabağ savaşının nəticələrindən dərs almadı. Bu ölkə imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə əsasən öz qoşunlarının qalan hissəsini də Azərbaycan ərazisindən çıxarmalı olduğu halda bunu etmədi. Üç il ərzində Azərbaycan bu məsələni yenidən sülh yolu ilə həll etməyə çalışdı. Lakin Ermənistan hökuməti Azərbaycanın sülh çağırışlarına deyil, Qərbdəki təhrikçilərin məsləhətlərinə qulaq asdı. Onların məsləhəti isə hərbi kontingenti bizim ərazimizdə mümkün qədər çox saxlamaqdan ibarət oldu. Buna görə də Azərbaycan bu ilin sentyabrında beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazisində antiterror əməliyyatı apardı. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Nəticədə Qarabağdakı qeyri-qanuni separatçı rejim süquta uğradı və bu gün Azərbaycan Bayrağı artıq bütün ölkə ərazisində vüqarla dalğalanır.”

Daha sonra Prezident İlham Əliyevin çıxışında Fransanın Cənubi Qafqazda destruktiv rol oynaması barədə yer almış açıqlamaların önəmini xüsusi qeyd edən A.Naxçıvanlı bunları deyib: “Əgər xarici qüvvələrin rəsmi İrəvana təsiri olmasaydı, və yaxud da bu təsirlər regional sülhün və sabitliyin inkişafına xidmət etmək məqsədi daşısaydı Ermənistan bəlkə də artıq çoxdan Azərbaycanla sülh müqaviləsini imzalamış olardı. Çünki Ermənistan düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən çıxış yolunu tapmaq şansını yalnız bu halda əldə edə bilər. Lakin təəssüflər olsun ki, Qərbin və ilk növbədə Fransanın gedən proseslərə destruktiv müdaxiləsi Ermənistanı düzgün qərar verməkdən yayındırır. Fransa bu ökəni faktiki olaraq özünün marionetinə çevirib və Cənubi Qafqazda vəziyyətin gərginləşməsi üçün əlindən gələni edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Fransanın neqativ təsiri altında olan Ermənistan hökuməti qisas haqqında düşünür və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Fransa hökumətindən gələn yanlış mesajlar Ermənistan hökumətində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla Fransa bu ölkəni növbəti müharibəyə və deməli növbəti fəlakətə sürükləyir. Odur ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya