» Eltun Süleymanov: “Ermənistan sülh çağırışlarına cavab verməlidir”

Eltun Süleymanov: “Ermənistan sülh çağırışlarına cavab verməlidir”

  • 22-11-2023, 11:40
  • ---
  • 0
  • 62
Eltun Süleymanov: “Ermənistan sülh çağırışlarına cavab verməlidir”


Azərbaycanın İraqla dostluq tarixi qədimdir. Hələ 1979-cu ildə Bakının və Bəsrənin qardaşlaşmasına dair sənəd imzalanmışdır. Bundan başqa, 1994-cü il oktyabrın 21-də Bağdadda Azərbaycan və İraq Respublikasının Mədəniyyət və İnformasiya Nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanmışdır.
Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi sahəsində böyük imkanlar və potensial vardır. İraq yaxın gələcəkdə Azərbaycanın apardığı xarici siyasət xəttində prioritet istiqamətlərdən biri ola bilər. Yuxarıda göstərilən amil nəinki iqtisadi potensiala, həmçinin, ortaq dəyərlərə əsaslanır, eyni zamanda, İraqın beynəlxalq təşkilatlar, xüsusilə də, İKT çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün aradan qaldırılması, işğal olunmuş ərazilərin azad edilməsi və qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini dəstəkləməsi beynəlxalq siyasətdə əhəmiyyət kəsb edən amillərdəndir və islam aləmində, o cümlədən, ərəb dövlətlərində ictimai rəyin formalaşmasına güclü təsir göstərir.
Bu mənada Azərbaycan-İraq münasibətlərinin inkişaf etdirilməsi ölkəmizin xarici siyasət prioritetlərindən biridir.
Bu günlərdə Bakıda rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidlə cənab prezident İlham Əliyev arasında səmimi və işgüzar görüşlər keçirilmiş, hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış etmişlər.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
.
Ölkəmizin başçısı bəyanatında bildirmişdir ki, “bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir.»
Cənab prezident ilk öncə Azərbaycan-Ermənistan münaqişəsinin tarixindən və münqaişənin hərbi yolla həllindən sonra bölgədə və hər iki dövlət arasında gedən proseslərdən danışmışdır. Ölkə rəhəbr bldirb ki, 30 l ərzində azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan rəhbərləri sülh yolu ilə münaqişənin həllinə razı olmadılar. 27 ildən artıq mandatı olan ATƏT-in Minsk qrupu da bu sahədə heç bir nəticəyə nail olmadı. Əksinə qrupun bəzi üzvləri, xüsusən Fransa Ermənistanı yersiz müdafiə cəhdləri ilə daha da şirnikləndirdi və biz məcbur olaraq hərbi vasitəyə əl atdıq. Bununla da BMT-nin məlum qərarlarını özümüz icra etdik: “Biz ümid edirdik ki, bundan sonra Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kontingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq, lakin bu, baş vermədi. Biz demək olar ki, 3 il çox səbirli olduq, Ermənistanla birbaşa təmaslarımız, beynəlxalq vasitəçilər vasitəsilə mesaj göndərməyə çalışdıq ki, bu, qəbuledilməzdir, biz hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik. Qeyd etdiyim kimi, işğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi. Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Əfsuslar ki, onların məsləhəti hərbi kontingenti bizim ərazimizdə mümkün qədər çox saxlamaqdan ibarət oldu.”
Fransanın Ermənstanı sürükləmək istədyi münaqişənin son nətcədə ermənstana ziyan vuracağını bldrən cənab prezident lham Əliyev demişdir: “Yenə də bunun səbəbinin onlara pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsinin olduğunu düşünürəm. Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə.””

Eltun Süleymanov sonda qeyd etmişdir ki, “Cənab lham Əlyev br daha xatırlatmışdır , bz müharbə yox, ədalətl sülh stəyrk. Təəssüf kkii 11 sentyabrda Ermənstana təqdiim etdymiz sülh təklflərnə hələ də konkret cavab almamışıq. Bu da Ermənstan rəhbərlyiniin alii kürsülərdən sülh haqqında bəlaətl sülh bəyanatları səsləndirməsnin gözdən pərdə asmaq olduğunu təsdiq edir.
Hər halda ölkə başçısının bu bəyanatı Ermənistana və onun havadarlarına ciddi mesajdır və dərs çıxaracaqları təqdirdə bölgədə sülhün yaranmasına, əks təqdirdə isə daha bir məğlubiyyətə imza atacaqlarına heç bir şübhə yoxdur.”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya