» Aqiyə Naxçıvanlı: “Torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən bəri atılan hər bir addım son dərəcə düzgün və effektli olub”

Aqiyə Naxçıvanlı: “Torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən bəri atılan hər bir addım son dərəcə düzgün və effektli olub”

  • 9-11-2023, 15:35
  • ---
  • 0
  • 70
Aqiyə Naxçıvanlı: “Torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən bəri atılan hər bir addım son dərəcə düzgün və effektli olub”


“Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi böyük siyasi əhəmiyyət kəsb edən hadisə oldu. Bir tərəfdən bu hərbi parad ölkəmizin gücünü, hərbi qüdrətini nümayiş etdirməklə həm Ermənistana, həm də ermənilərin bütün dünyada olan havadarlarına daha bir ciddi mesaj oldu ki, Azərbaycanla zarafat etmək olmaz. Azərbaycan dövləti Vətən müharibəsindən sonra da ordu quruculuğu işini davam etdirir və ölkəmizə qarşı istənilən hərbi təxribat cəhdi qarşı tərəf üçün ağır nəticələrə səbəb ola bilər. Digər tərəfdən də məhz bu hərbi parad bir daha təsdiq etmiş oldu ki, Ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi məqsədilə 2003-cü ildən bu günə qədər qəbul olunmuş hər bir qərar, bu istiqamətdə atılmış hər bir addım son dərəcə düzgün və effektli olub. Möhtərəm dövlət başçımız 20 il bundan əvvəl ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra öz xalqına söz vermişdi ki, ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcək və bir gün Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracaq. Cənab Prezident hər kəlmə sözünə olduğu kimi, bu vədinə də əməl etdi. Bu gün artıq müqəddəs bayrağımız Şuşada, Xankəndidə, Xocalıda və bütün digər ərazilərimizdə qürurla dalğalanır və bütün xalqımıza, bütün dünya azərbaycanlılarına fəxarət hissi yaşadır. Bu, Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun ən böyük təntənəsidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Daha sonra deputat Azərbaycanın bu möhtəşəm Zəfərə yetişmək üçün böyük bir hazırlıq yolu keçməli olduğunu qeyd edib: “Azərbaycan 30 il ərzində səbr və təmkin nümayiş etdirərək, məsuliyyətli ölkə kimi bütün danışıqlarda iştirak etdi və münaqişənin sülh yolu ilə həlli üçün bütün mümkün variantları sınadı. Lakin bununla bərabər, həmin dövrdə Ölkə Prezidenti cənab İlham Əliyev xalqa etdiyi bütün müraciətlərində daim deyirdi ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq. Çünki o vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər olsa da, illər keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər isə, faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar. Buna görə də bu illər ərzində Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə hazırlıq işləri gedirdi. İlk növbədə beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeləri möhkəmləndirilirdi. Dövlət başçımızın həyata keçirdiyi balanslaşdırılmış məqsədyönlü xarici siyasətin nəticəsi olaraq, bütün dünya artıq bilməyə başlamışdı ki, haqlı tərəf məhz Azərbaycandır. Həmçinin ölkəmizdə iqtisadi sahədə həyata keçirilən islahatlar imkan verdi ki, Azərbaycan müstəqil iqtisadiyyata sahib olsun. Cənab Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində bütün xarici qüvvələrin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinin qarşısı qətiyyətlə alındı. Əlbəttə ki, ordu quruculuğu prioritet vəzifə kimi müəyyən edildi. Maddi-texniki təchizat, müasir silahların alınması, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət başçımızın bu sahədə strategiyasının əsasını təşkil etdi və bütün bunlar qələbəmizi təmin edən əsas amilə çevrildilər. Xankəndidə keçirilən paradda etdiyi çıxışında cənab Ali Baş Komandan demişdir: “Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir.” Həqiqətən də Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir və bundan sonra da şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.”

Fikirlərini davam etdirən A.Naxçıvanlı Vətən müharibəsinin başa çatmasından sonra keçən dövr ərzində cərəyan edən hadisələrin bir daha Azərbaycanın gücünü nümayiş etdirən proseslər olduğunu vurğulayaraq bunları deyib: “2020-ci ilin 8 noyabr tarixində qədim Azərbaycan şəhəri olan Şuşa işğaldan azad edildikdən bir gün sonra Ermənistan faktiki özünün kapitulyasiya aktını – Üçtərəfli Bəyanatı imzalamalı oldu və Azərbaycan hərbi əməliyyatları dayandırdı. O zaman bizim Silahlı Qüvvələrimiz Xankəndinə çox yaxın idilər. Buna görə də bəziləri müharibənin dayandırılmasından narazı idi. Lakin zaman özü göstərdi ki, dövlət başçımızın qəbul etdiyi bu qərar son dərəcə müdrik və yeganə düzgün qərar idi. İlk növbədə müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bu, minlərlə gəncimizin həyatını xilas etdi. Çünki həmin ərazilər hərbi əməliyyatlarla azad edilsəydi şəhidlərimizin sayı daha çox ola bilərdi. Cənab Prezident bir gün Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavəndə də Azərbaycan bayrğını qaldıracağına əmin olmasaydı, əlbəttə ki, müharibənin dayandırılması barədə qərar qəbul etməzdi. Sonrakı üç ildə gedən proseslər də bunu təsdiq etmiş oldu. Azərbaycan müharibədən sonra ordu quruculuğu prosesini daha da sürətləndirdi. Silahlı Qüvvələrimiz Qarabağ bölgəsində vacib olan məntəqələrə yerləşdirildi, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədi nəzarətə götürüldü. Bu arada Ermənistan yenə də xarici qüvvələrin təhrikinə uyaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırırdı. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən nəinki çıxarılmadı, əksinə, onlara həmin vaxt dövlətimizin nəzarətində olmayan Laçın-Xankəndi yolu ilə əlavə qüvvələr, silah-sursat, minalar göndərilirdi. Son üç il ərzində keçirilmiş uğurlu hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar da Ermənistana dərs olmadı. Bundan sonra Azərbaycan əməli tədbirlər görmək məcburiyyətində qaldı. İlk növbədə bu ilin aprel ayının 23-də ölkəmiz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq özünün ərazi bütövlüyünü tam bərpa etdi. Lakin rəsmi İrəvan və onun təhrikçi havadarları lazımi nəticələr çıxarmaq əvəzinə Azərbaycanı hansısa sanksiyalarla hədələməyə başladılar. Təbii ki, dövlətimiz ölkə ərazisində qanunsuz silahlı birləşmələrin və hansısa qondarma separatçı rejimin mövcudluğuna daha 30 il göz yuma bilməzdi. Buna görə də sentyabr ayının 19-da Azərbaycan antiterror əməliyyatı keçirdi. Ordumuz bu dəfə də qəhrəmanlıq və yüksək peşəkarlıq nümayiş etdirdi. Düşmən bir sutka ərzində davam edən əməliyyat nəticəsində təslim oldu. Qarabağda yaradılmış qondarma separatçı rejim ləğv olundu, Azərbaycan öz ərazisində tam suverenliyini bərpa etdi. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Bş Komandanı cənab İlham Əliyevin öz çıxışında dediyi kimi, Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya