» Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1250 ailəyə sovqat göndərilib -Fotolar

Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1250 ailəyə sovqat göndərilib -Fotolar

  • 3-11-2023, 11:55
  • ---
  • 0
  • 54
Zəfər Günü ilə əlaqədar Naxçıvanda 1250 ailəyə sovqat göndərilib -Fotolar


Prezident İlham Əliyevin xüsusi diqqəti və tapşırığı ilə ölkəmizdə sosial layihələrin icrası uğurla davam etdirilir. Bütün bayramlarda və əlamətdar günlərdə aztəminatlı, şəhid, qazi və digər həssas qruplardan olan ailələrə sovqat və yardımlar verilir.
Dövlətimizin başçısının aztəminatlı, şəhid və qazi ailələrinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərə dəstək məqsədilə 2023-cü ilin son 5 ayı ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən ümumilikdə 6 450 aztəminatlı, o cümlədən şəhid və qazi ailələrinə sovqat yardımı paylanılıb.
Bu tədbirlərin davamı olaraq bu gün - noyabrın 3-də Zəfər Günü ərəfəsində digər bölgələrlə yanaşı, Naxçıvanda yaşayan 1250 aztəminatlı ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub.
Yola salınma mərasimdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak edib. Məlumat verilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün gətirilmiş bayram sovqatları müxtəlif zəruri ərzaq məhsullarından ibarətdir.
Sovqatlardan ibarət 5 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb.



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Sentyabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    Qalereya