» Kamaləddin Qafarov: “Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır”

Kamaləddin Qafarov: “Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır”

  • 11-10-2023, 14:52
  • ---
  • 0
  • 65
Kamaləddin Qafarov: “Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır”


“Gürcüstan və Azərbaycan arasında artıq uzun illərdir ki, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı müttəfiqlik əlaqələri mövcuddur. Bu əlaqələrin təməlində ölkələrimiz və xalqlarımız arasında yüz illərdən bəri mövcud olan mehriban qonşuluq və qardaşlıq münasibətləri durur. Oktyabrın 8-də dövlətimizin başçısı növbəti dəfə Gürcüstanda işgüzar səfərdə olmuşdur. Səfər zamanı Tbilisi şəhərində mətbuata bəyanatlarla çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətlərinin önəmini qeyd etmiş və çox qədim tarixə malik olan bu münasibətlərin müasir dövrümüzdə artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamışlar”.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Deputat deyib: “Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, Azərbaycan-Gürcüstan münasibətlərinin müasir formatda formalaşmasında bu iki qonşu respublikaya həm sovet dönəmində, həm də müstəqillik illərində rəhbərlik etmiş Heydər Əliyev və Eduard Şevardnadzenin arasında mövcud olmuş şəxsi münasibətlər müstəsna təsir göstərmişdir. Xalqlarımız üçün ən ağır dövrdə, məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa, inkişaf etməyə başlamışlar.”

K.Qafarov bu amilin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından xüsusi önəm kəsb etdiyini bildirib: “ Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan ilə Gürcüstan arasında olan dostluq və əməkdaşlıq əlaqələri bu gün Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bu gün beynəlxalq aləmdə formalaşan geosiyasi vəziyyətin fonunda enerji təhlükəsizliyi məsələləri təkcə Avropa İttifaqı üçün deyil, bütün ölkələr üçün ön plana çıxır. Bu gün ölkələrimizi energetika sahəsində ənənəvi istiqamətlərdən başqa “Yaşıl enerji dəhlizi” layihəsi birləşdirir. Bu sahədə də Gürcüstan və Azərbaycan Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Ondan sonra konkret işlərə start veriləcək. “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyini daha da gücləndirəcək. Dövlətimizin başçısı ölkəmizin Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirakının mümkünlüyünü də qeyd etdi. Nəqliyyat sahəsində əməkdaşlığın yaxın perspektivləri barədə önəmli fikirlər səsləndirildi. Xüsusi olaraq qeyd olundu ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.”

Deputat Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanmasının vacibliyi barədə ifadə etdiyi fikirlərin Cənubi Qafqazda davamlı sülhə və inkişafa nail olmağın real formulu olduğunu qeyd edib: “Möhtərəm dövlət başçımız öz çıxışında Azərbaycanın üç il bundan öncə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özünün ərazi bütövlüyünü bərpa etməklə, həmçinin keçən ay keçirdiyi antiterror tədbirinin nəticəsi kimi bütün ölkə üzrə suverenliyini təmin etməklə Cənubi Qafqazda davamlı sülhə və iqtisadi inkişafa nail olmaq üçün unikal imkanlar yaratdığını vurğuladı. Qeyd olundu ki, regionda sülh hələ ki, tam bərqərar olunmayıb. Lakin buna nail olmağın artıq vaxtı çatıb. Bunun üçün Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmaq lazımdır. Buna nail olunacağı təqdirdə Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə bu əməkdaşlıq çox uğurlu ola bilər. Ölkəmiz Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesinə öz dəstəyini göstərməyə çalışan dövlətlərin səylərini alqışlayır. Cənab Prezident İlham Əliyev tarixi əlaqələr və coğrafi amil nəzərə alınaraq bu missiyanın Gürcüstan tərəfindən yerinə yetirilməsinin daha məqsədəuyğun olduğunu qeyd etdi. Heç şübhəsiz, bütün regional məsələlərin bilavasitə üç Cənubi Qafqaz ölkəsinin özləri tərəfindən həll edilməsi xalqlarımızın dinc və sabit gələcəyinə möhkəm zəmin yarada bilər”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya