» Səttar Möhbalıyev: “Uzun illər işğala rəvac verən ölkələr Azərbaycanın gücünə və iradəsinə bələd oldular”

Səttar Möhbalıyev: “Uzun illər işğala rəvac verən ölkələr Azərbaycanın gücünə və iradəsinə bələd oldular”

  • 2-10-2023, 09:49
  • ---
  • 0
  • 66
Səttar Möhbalıyev: “Uzun illər işğala rəvac verən ölkələr Azərbaycanın gücünə və iradəsinə bələd oldular”


“Xalqımız çox ağır sınaqlardan keçib, ağrılı-acılı günlər yaşayıb, amma bütün çətinliklər qarşısında mətin dayanıb, heç zaman ümidini itirməyib. Xatırlayanlar bilir, ötən əsrin 90-cı illərinin əvvəlləri xalqımızın taleyində ağır dönəmlər idi. Həmin günləri biz öz həyatımızda yaşamışıq, bir yandan torpaqlarımız işğal olunur, insanlarımız məcburi şəkildə yurdlarından çıxarılır, sosial-iqtisadi gərgin vəziyyət son həddə çatmışdı. Özbaşınalıq, xaos hər tərəfi bürümüşdü. Xalqımızın belə acınacaqlı vəziyyətdə özünü itirmədi, həmrəyliyini qorudu və Ulu Öndər Heydər Əliyevi hakimiyyətə gətirərək əminliklə öz taleyini ona tapşırdı. Ən əsası isə Heydər Əliyevin ətrafında sıx birləşərək onun bütün fəaliyyətinə ürəkdən dəstək verdi, qərarlarına hörmətlə və inamla yanaşdı”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Bu gün isə ortada tam müstəqil, suveren, öz torpaqlarının sahibi, regionun lideri və dünyada böyük söz sahibi olan Azərbaycan var. Xalqımız şanlı və şərəfli tarixinin ən parlaq inkişaf dövrünü yaşayır. Ulu Öndərin bütün sahələrdə başlatdığı çətin və müqəddəs yolu ləyaqətlə, böyük məsuliyyətlə davam etdirən cənab İlham Əliyev xalqımızın ən ümdə arzularını, Heydər Əliyevin ata vəsiyyətini reallaşdırdı. Ali Baş Komandan olaraq bilavasitə özünün formalaşdırdığı Ordusu, yetişdirdiyi əsgər və zabitləri ilə işğalçı ordunu məhv etdi, Xocalının, Başlıbelinin, Ağdabanın qisasını aldı, düşmənin və onun havadarlarının təcavüzkar niyyətlərini elə öz gözlərində dəfn etdi. Bütün dünyaya xalqımızın iradəsini, dövlətimizin qüdrətini göstərdi. Bu hadisədən sonra beynəlxalq ictimaiyyət gözlərini daha geniş açıb Azərbaycanı yaxından tanımağa başladı. Danışıqlar masasında səriştəli diplomat olan cənab İlham Əliyev Vətən müharibəsində yenilməz sərkərdə ruhunu ortaya qoydu. Və dünyaya göstərdi ki, beynəlxalq hüquq işləməyəndə dəmir yumruq işə düşür. Sübut etdi ki, hazırkı dünyada güc əsas faktordur, beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar kağız üzərində qalır, ikili standartların qurbanına çevrilir”, - Milli Məclisin deputatı bildirib.

AHİK sədri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev xalqına verdiyi daha bir vədi – “Şərqi Zəngəzuru və Qarabağı cənnətə çevirəcəyik” sözlərini uğurla reallaşdırır: “Bu gün həmin ərazilərdə görülən işlər, çəkilən yollar, yaradılan infrastruktur, tikilən yaşayış binaları, sosial obyektlər, salınan xiyabanlar göz oxşayır. Bu, bir yandan ölkəmizin iqtisadi gücünü, geniş maliyyə imkanlarını göstərməklə yanaşı, həm də cənab İlham Əliyevin yaradıcı, qurucu keyfiyyətlərini nümayiş etdirir. Cocuq Mərcanlıdan start götürən Böyük Qayıdış Proqramının icrası bu gün Zəngilanda, Laçında, Talış kəndində və digər ərazilərdə uğurla davam etdirilir. Sakinlər böyük şövqlə öz ata-baba yurduna yol alır, orada yaşayıb yaratmağa tələsir. Bu mənzərəni seyr etmək harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın müqəddəs arzusu idi ki, artıq çin olub”.
“Prezident İlham Əliyev Şərqi Zəngəzurda və Qarabağda sistemli və sürətli şəkildə aparılan tikinti-quruculuq işlərinə özü şəxsən nəzarət edir, bölgəyə mütəmadi səfərlər edərək görülən işlərlə yerində tanış olur. Dövlətimizin başçısının Zəngilan və Cəbrayıl rayonlarına son səfəri də bu məqsədi daşıyırdı. Cənab İlham Əliyev hər iki rayonda yaşayış komplekslərinin, yenidən salınan kəndlərin, sosial obyektlərin təməlini qoydu, açılış mərasimlərində iştirak etdi. Bütün bunlar görülən işlərin miqyasını, keyfiyyətini və bölgənin parlaq gələcəyini göstərir. Prezident İlham Əliyev Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılışında yeni bir müjdəni verdi, 2025-ci ildə, hətta bir az da tez bir müddətə Zəngilan şəhərinin sakinləri öz yurdlarına qayıdacaqlar. Görülən işlərin miqyası və əhəmiyyəti bizi bir daha əmin edir ki, Zəngilan əvvəlki vəziyyətindən də daha gözəl görkəm alacaq, sakinlərin rahat və xoşbəxt yaşaması üçün hər cür şərait yaradılacaq və turistlər üçün də əlverişli olacaq”, - Səttar Möhbalıyev vurğulayıb.
“Dövlətimizin başçısı çıxışında bəyan etdi ki, ölkəmizə qarşı qəbuledilməz planlar cızan tərəflər bizim səbrimizlə oynamasınlar. Mütləq ikibaşlı oyunlar oynayan, Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutan, işğala və təcavüzə rəvac verən dövlətlər qulaqlarını açıb bu fikri yaxşı dinləsinlər. Anlasınlar ki, məkrli planlarını Azərbaycana qarşı həyata keçirə bilməyəcəklər, necə ki, ötən illərin təcrübəsi bunu sübut edir. Onların qarşısında qüdrətli Azərbaycan dövləti və onun güclü və qətiyyətli lideri var. Odur ki, boş yerə vaxt xərcləmək və regionun lider dövlətini itirmək onlar üçün daha acınacaqlıdır”, - AHİK sədri əlavə edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya