Eltun Süleymanov:” Ermənistanın dövlət olmaq imkanı özlərindən aslıdır”
“Minillik dövlət”, “qədim xalq” terminlərindən ağızdolusu danışan ermənilər dediklərinə bir dənə də olsa fakt əlavə edə bilməsələr də, hər halda bu yalana özlərini o qədər inandırıblar ki, başqalarının, xüsusən Azərbaycan türklərinin tarixi torpaqlarında dövlət qurduqlarını yadlarından çıxarıblar. Tarixi şəraitdən və himayədarlardan istifadə etməkdə fürsətcil olan bu məxluqlar anlaya bilməyiblər ki, 1918-ci ildə Rusiya indi Ermənistan adlanan bu dövləti ermənilər üçün yox, özünün Cənubi Qafqazda mövcudluğunu qoruyub saxlamaq üçün yaradıbdır. Və bu da əslində ermənilər üçün uzunmüddətli faciələrin əsasını qoyub. Yüz il ərzində erməniləri özünün məkrli siyasətinə qurban verənlərə indi də Fransa və digər dövlətlər qoşulub. Kimisi açıq-aşkar, kimisində üstüörtülü şəkildə, bu öz yalanından məst olan məxluqlara himayədarlıq edir, əslində isə erməni dövlətinin möğvcudluğunun sual altına düşməsinə şərait yaradırlar.
Keşmiş SSRİ-nin dağılması ilə yanaşı, Cənubi Qafqazda başlanan münaqişələrin birbaşa günahkarı olan Ermənistan hələ də sülhə gələ bilmir. Əslində isə ipi özgələrin əlində olduğundan gəlməyə qoymurlar. Müharibə meydanında rüsvayçı məğlubiyyətinə rəğmən Ermənistanın döyüş ritorikasından əl çəkə bilməməsi də bunun göstəricisidir. Məğlubiyyət nəticəsində intizamını itirən, fərarisi normal əsgərindən çox olan ordunun Azərbaycan sərhəddində törətdiyi təxribatlar belə düşünməyə əsas verir ki, ermənilərin burnunu bir daha ovmaq gərəkdir”.
Bu fikirləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “Azərbaycanın humanist jestini dəyərləndirə bilməyən ermənilər Laçın yolundan öz çirkin məqsədləri üçün istifadə edərək silah-sursat daşımağa başladılar. Hətta iş o yerə çatdı ki, BQXK-ni də öz çirkin əməllərinə şərik edərək tibb maşınlarında silah-sursat keçirməyə cəhd göstərdilər. Təbii ki, dövlət olaraq Azərbaycan bu iyrənc hərəkətə son qoymaq üçün hərəkətə keçmək zorunda qaldı və aprel ayında laçın yolunda sərhəd-buraxılış məntəqəsi quruldu.
Bayaqdan yerlə-göylə əlləşən ermənilər dərhal cildlərini dəyişib sızıldamağa, “humanitar böhran”, aclıqdan ölmə kimi iddialar səsləndirildi. Ermənistan rəhbərliyi “humanitar konvoy şousu” düzəltməklə dünyanın diqqətini özünə cəlb etməyə cəhd göstərdi. Təbiidir ki, onun bu sızıltılarına ənənəvi olaraq bacısı Fransa hay verdi, İran qırmızı tumanını başına atdı, Rusiya isə nala-mıxa vurmağa başladı.
Azərbaycanın təklif etdiyi humanitar yardımdan, Ağdam-Xankəndi yolu ilə hərəkət üzrə humanitar yüklərin daşınmasından imtina edən ermənilər bir şeyi anlamaq istəmədilər ki, onların istəyi dövlətin suverenliyi prinsipinə, beynəlxalq hüquqa ziddir. Özlərinin olmayan suverenliyindən ağızdolusu danışanlar güman etdilər ki. Azərbaycan da marionet dövlətdir. Lakin bunun belə olmadığını çox tez anlamaq zorunda qaldılar. Azərbaycan iqtidarı bütün təzyiq və maneələri aşaraq bir daha sübut etdi ki, heç kim onunla hədə diliylə danışa bilməz. Yel qayadan heç nə apara bilmədiyi kimi, Ermənistanın çabaları da nəticəsiz qaldı”.
Eltun Süleymanov əlavə edib ki, “son zamanlar Ermənistanın sərhədlərimizə müxtəlif missiyalar adı altında qüvvələr toplaması, təxribatlar törətməsi də onlara xoş gələcək vəd etmir. Revanşizmin nəticəsini bir neçə dəfə dadan ermənilərin “prezident seçkiləri” şousu da nəticəsiz qaldı. Kimsə bu “seçkilərin” nəticəsini nəinki tanımadı, hətta Nikol Paşinyan belə, yeni “prezidenti” təbrik etməkdən çəkinərək, Zəngəzur dəhlizinin açılması imkanlarından danışmağa başladı. Ağdam-Xankəndi yolunu bloklayıb özlərini naza çəksələr də sonda “yumşalmağa” məcbur oldular. Çünki indi şoularla irəli getmək, vay-şivənlə dünyanı aldatmaq mümkün deyildir. Hər halda, məkan eyni olsa da zaman fərqlidir. Bu fərqi ermənilər və onların dəm tutanları nə qədər tez dərk etsələr ermənilərin dövlət olmaq imkanı da bir o qədər çox olar”.