» Akif müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

Akif müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

  • 31-05-2023, 12:20
  • ---
  • 0
  • 63


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi İş adamı Akif müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

İş adamı Akif müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Akif müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Akif müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, İş adamı Akif müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İş adamı Akif müəllim - Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak etmək üçün Moskvada işgüzar səfərdə oldu. Cənab İlham Əliyevin bu tədbirə qonaq qismində dəvət edilməsi ölkəmizin artan nüfuzunun, möhkəmlənən mövqeyinin nümayişi oldu. Azərbaycanın hər bir sahədə təcrübəsi, təkmil inkişaf modeli əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Dövlət başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu daim önə çəkərək, bu sahədə əldə olunan gəlirlərin düzgün idarə olunması sayəsində şaxələndirmənin vacibliyini prioritet məsələ kimi qarşıya qoyur. Məhz bu məqsədə çatmaq üçün atılan uğurlu addımların nəticəsidir ki, Azərbaycan hər bir çətinlikdən uğurla çıxır. Azərbaycanın bugünkü uğurlarına baxış fonunda bu reallığı böyük inam və fəxrlə qeyd edə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, imzaladığı biri-birindən əhəmiyyətli Fərman və Sərəncamlar 10-20 il sonrakı Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Nəzərə alsaq ki, hazırkı dövr daha çox işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması ilə xarakterizə edilir, bu halda ölkəmizin iqtisadi və maliyyə imkanları barədə aydın təsəvvür yaratmaq mümkündür. Çünki bu işlərin hamısı sıfırdan Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir.

Bu fikir də daim reallığa söykənərək qeyd edilir ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihəni həyata keçirmək mümkün deyil. Azərbaycan yerləşdiyi coğrafi məkana görə ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Reallığa çevirdiyi enerji və nəqliyyat layihələri ilə bu körpünü daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Azərbaycanın nəqliyyat imkanlarından, tranzit ölkə kimi möhkəmlənən mövqeyindən geniş bəhs etdi. Bildirdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir. Ölkəmiz tam iqtisadi müstəqilliyə nail olub.

İclas çərçivəsində aparılan müzakirələrdə hazırkı dövrün əsas çağırışları sırasında olan sülh müqaviləsinin imzalanması məsələsi də diqqətdə oldu. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Dövlət başçısı İlham Əliyevin Moskvaya işgüzar səfərinin əsas özəlliyi onunla bağlıdır ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçirildi. Bu görüş bir daha onu göstərir ki, Ermənistan Azərbaycan münasibətlərinin normallaşadırılması və sülh müqaviləsinin imzalanması prosesində üç tərəf - Moskva, Vaşinqton və Brüssel olduqca böyük fəallıq göstərir. Dövlət başçısı İlham Əliyev Moskva görüşündə bir daha Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini nümayiş etdirdi. Azərbaycan Prezidenti regionda davamlı və dayanıqlı sülhün əldə edilməsi üçün verdiyi hər bir bəyanatı konkret əməli işləri ilə təsdiqləyir.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya