» Eltun Süleymanov: Cənab İlham Əliyevin Qazaxıstana səfəri xalqlarımızın qardaşlıq münasibətlərinə bir töhfədir

Eltun Süleymanov: Cənab İlham Əliyevin Qazaxıstana səfəri xalqlarımızın qardaşlıq münasibətlərinə bir töhfədir

  • 13-04-2023, 11:34
  • ---
  • 0
  • 60
Eltun Süleymanov: Cənab İlham Əliyevin Qazaxıstana səfəri xalqlarımızın qardaşlıq münasibətlərinə bir töhfədir


Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.
Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.
Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar.
Qazaxıstanın və digər Orta Asiya ölkələrinin müstəqilliyinin möhkəmlənməi, Rusiyanın təsiri altından çıxaraq, Qərbə və demokratik dünyanın digər kəsiminə inteqrasiya etməsi, bütün cəhətləri ilə Azərbaycanın dövlət maraqlarına da uyğun gəlir. Məhz bu səbəbdən də, Azərbaycan bütün Orta Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Qazaxıstanla münasibətlərə gəldikdə, bu istiqamətdə xeyli işlər görülüb, ölkələr arasında iqtisadi və mədəni əlaqələr gücləndirilir. Məsələn, Qazaxıstan maye qazının Xəzər üzərindən tranzit yolla Avropa ölkələrinə daşınmasında Azərbaycan xeyli güzəştlər edib, qardaş ölkəyə neft hasilatı sənayesinə dair maşın və mexanizmlərin sərfəli qiymətlərlə satılmasını təmin edir.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə Qazaxıstana rəsmi səfəri onu göstərir ki, ölkəmizin başçısı bu türk dövləti ilə münasibətlərin yüksək səviyyədə inkişafına böyük önəm verir. Aprelin 10-da görüşdən sonar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər. Hər iki Prezident görüşdən mənunlauqlarını ifadə edərək müzakirə edilən məslələrin və qəbul edilən qərarların gələcək münasibətlərin inkişafında mühüm rol oynayacağını qeyd ediblər. Qazaxıstanın rəhbəri çıxışında tamformatlı danışıqların nəticələrini yüksək qiymətləndirərək bildirmişdir ki, “u danışıqlar hər ikimizin ikitərəfli əlaqələri hər vasitə ilə möhkəmləndirmək əzmində olduğumuzu bir daha təsdiq etdi. Hörmətli İlham Heydər oğlu ilə səmimi şəraitdə əməkdaşlığımızın bütün aspektlərinə dair fikir mübadiləsi apardıq, necə deyərlər, regional və beynəlxalq problemlər barəsində saatlarımızı tutuşdurduq, iki ölkənin qarşılıqlı əlaqələrinin perspektivlərini və daha da dərinləşdirilməsi istiqamətlərini müzakirə etdik.” Bu da onu göstərir ki, dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Eltun Süleymanov əlavə olaraq bildirmişdir ki, “Bu görüşdə çox mühüm məsələlər müzakirə olunmuişdur. Qəbul edilən qərarlar Azərbaycan və Qazaxıstanın tiocari-iqtisadi əlaqlərinə böyük töhfə olacaqdır. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir: “Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin sürətlə dayazlaşmasını müşahidə edirik.”
Daha sonra işğaldan sonar azad olunmuş ərzilərdə bərpa-quruculuq içlərində qardaş ölkənin dəstəyinə toxunan ölkə başçısı bu dəstəyin əhəmiyyətini vurğulayaraq bildirmişdir: “Mən, həmçinin Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi artıq başlanıb. Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda.
Kasım-Jomart Kemeleviçin dediyi kimi, biz bu gün münasibətlərimizin geniş gündəliyini ətraflı müzakirə etdik. Qazaxıstan Prezidenti bu gün müzakirələr çərçivəsində toxunulmuş mövzular üzərində ətraflı dayandı. Təkrarlamaq istəmirəm, bu barədə yalnız bir neçə məqamı şərh etmək istərdim. Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik.”
Müsahibimiz sonda bildirmişdir ki, “cənab Prezident İlham Əliyevin bütün görüşlərinin bir məqsədi, bir istiqaməti var: Azərbaycan həqiqətlərini, xalqımızın sülh və əmin-amanlıq istəyini dünyaya çatdırmaq, bütün dövlətlərlə qarşılıqlı əlaqələri möhkəmləndirmək və ölkəmizin qüdrətini artırmaq. Bu çətin və şərəfli yolda Azərbaycan xalqı öz Liderini daim dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir. Cənab İlham Əliyevin Qazaxıstana son səfəri də xalqlarımızın qardaşlıq münasibətlərinə bir töhfədir, xalqımızın və dövlətimizin güclənməsi yolunda daha bir addımdır.”
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya