» İRANIN MƏKRLİ SİYASƏTİ ONUN KİM OLDUĞUNU AYDIN GÖSTƏRİR

İRANIN MƏKRLİ SİYASƏTİ ONUN KİM OLDUĞUNU AYDIN GÖSTƏRİR

  • 23-11-2022, 13:03
  • ---
  • 0
  • 134
İRANIN MƏKRLİ SİYASƏTİ ONUN KİM OLDUĞUNU AYDIN GÖSTƏRİR


Sözdə bütün dünya müsəlmanlarının, xüsusilə şiələrin himayədarı olan, əslində isə din pərdəsi ilə maskalanmış İranın maskası yırtılıb. Daha onun nağıllarına, din “təəssübkeşliyinə” inanan yoxdur. Nəinki yaxın ətrfaında. Hətta öz daxilində belə İran hakimiyyətinin riyakarlıq maskasına bürünmüş dindarlığı gülüş hədəfinə çevrilib. Asıb kəsmək, qorxu və nifrətlə terrorist yuvaları, casus şəbəkləri hazırlayan İran indi öz qazdığı quyuya düşmək üzrədir. Son 40 ildə qatıldığı müharibələri uduzan, himayə etdiyi müsəlman ölkəsini” xaosdan çıxara bilməyən, əmin-amanlıq, sabitlik yarada bilməyən İran daxili çəkişmmələr meydanına çevrilib.
İranın dırnaqarası himayə etdiyi Yəməndə, Bəhreyndə, Fələstində münaqişələrin 30-40 illik tarixi var. Suriyada, Livanda 10 illərdir xaos, dağıntı davam edir. Çünki əsliondə İrana belə daha sərfəlidir. Çünki İran əslində o dövlətləri. O millətləri sözdə müdafiə edir. əməldə, gizlində isə elə həmin ölkələrdə xaos və dağıntılar istəyən ölkələrin və güclərin yanındadır.
Belə olmasaydı 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verməz, Qarabağın yerlə\ yeksan edilməsində, sərvətlərinin daşınmasında Ermənistanla əlbir olmazdı.
Qarabağ müharibəsində Azərbaycanın zəfər qazanması isə bu “din qardaşlarımızın” hövsələsini lap daraltdı. Zəngəzur dəhlizi söhbəti araya gələn kimi özünün “qırmızı cizgiləri” elan etdiyi məkri üzə çıxdı. Azərbaycanın nə iqtisadi, nə də siyasi, eləcə də hərbi uğuru İrana sərf eləmir. Necə ki yuxarıda qeyd etdiyim dövlətlərdə xaos, hərc-mərclik, iqtisadi gerilik varsa, Azərbaycanı da elə görmək istəyir. Çünki güclü Azə\rbaycan İranıən qorxulu röyasıdır.
Dövlət siyasətində bunu yürüdən İranın din xadimlərinin də Azərbaycana yönəlik davranışları əxlaq baxımından islam dəyərlərinə tüpürməkdən başqa bir şey deyildir.İslamın əxalq kodeksinə yabançı olan bu davranış İrandakı islamın əslində bir pərdə rolu oynadığı anlamına gəlir. Özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışan İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında riyakarlıq və yalançılıq xətti əsas yer tutur.
"İmam Xomeyni İmdad Komitəsi" və Mədəniyyət Mərkəzi vasitəsilə "humanitar yardım" paylamaq adı altında bütün bölgələrdə strukturlaşan, əhalisinin əksəriyyəti şiə məzhəbinə inanan Azərbaycanda din üzərindən siyasi təşkilatlanma həyata keçirən, Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmağa cəhd edən bir qonşuya xəyanətkar adı verməkdən başqa nə ad vermək olar? İllərlə Azərbaycanı diz çökdürməyə, Türk və müsəlman düşməni olan, terrorizmə görə dünyada ön sırada gedən ermənilərlə işbirliyində olan bir dövlətllə hansı qonşuluiqdan, hansı işbiorliyndən danışmaq olar? O dövlət ki Qumda təhsil alan gəncləri öz vətənlərinəı qarşı casusluğa vadar edir, o dövlət ki, qardaş deyə-deyə qardaşın kürəyinə xəncər sancır!
Bu da bir həqiqətdir ki, əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb.Lakin təəssüf ki, İranın davranışları, ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərməsi, guya dini azadlıqların və İslam dəyərlərinin boğulduğunu iddia edərək “din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışması bütün bu münasibətlərin mahiyyətinə kölgə salır. Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilməsi, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası adlanan təşkilatın üzvlərinin hüquq mühafizə orqanları tərəfindən ifşa olunması, həmçinin, onların İran tərəfindən dəstəklənən cinayət əməlləri bilavasitə İranın təxribat siyasətinin davamı və təzahürüdür. İranın Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə bizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil. İslamdakı ümmət anlayışından sui-istifadə edən İran orada yaşayan 40 milyon Azərbaycan türkünün elementar hüquqlarına hörmətlə yanaşmır, ermənilərə qucaq açdığı,hər cür şərait yaratdığı halda soydaşlarımıza ana dilində təhsil hüququ belə vermir. Yalnız orta əsrlərin cəhalət və xurafatı ilə milləti yüz illərlə geri çəkən din xadimlərinin əsil siması indi ortaya çıxıb.
Əli Xocalı sakinlərinin qanına bulaşmış erməni terroristləri ilə qucaqlaşan. Onlarla iş birliyində olan bir dövlətlə, bir din xadimi ilə üz-üzə oturmaq erası bitmək üzrədir. Həqiqət isə acıdır. İranı göynədən, siyasi əllaməlik etməyə də vadar edən bu acı həqiqətdir.
Azərbaycanı İsraillə əmkdaşlıqda ittiham edən İran əsrlərlə qanımızı axıdan, millətimizi soyqırıma məruz qoyan ermənilərə qucaq açanda bunu düşnməliydi. Bəli düşünməliydi! Lakin əksinə oldu. Əgər İranın dəstəyi və köməyi olmasaydı Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaya bilməz, kommunikasiya yoxluğu səbəbindən diz çökərdi. Təəssüf ki İran bu məsələdə ernilər üçün nəfəslik rolunu oynadı.
İndi isə necə deyərlər, kartlar açılıb və İranın məkrli siyasəti gün üzünə çıxıb. Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra yenidən aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayan İrana inam və etibar nəinki qonşu olan dövlətlərdə, elə iranın öz daxilində də itib. Son günlər baş verən hadisəlkər də bunun təzahürüdür.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət
    "Dubai Cars" MMC-nin direktorunu həbs etdirən sələmçi-milyonçu ortalığa sübut qoya bilmir- Prezidentə müraciət Ətraflı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı
    QHT sədri Yasəmən Qəyyumova seçicilərlə görüşlərə başladı Ətraflı
    Bütün xəbərlər
    «    Dekabr 2024    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Qalereya