Главная > Təhsil > Dadaş Baba-zadə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Dadaş Baba-zadə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


23-06-2022, 12:14. Разместил: admin


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 89 nömrəli tam orta məktəbin direktoru Dadaş Baba-zadənin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 89 nömrəli tam orta məktəbin direktoru Dadaş Baba-zadədir.

89 nömrəli tam orta məktəbin direktoru Dadaş Baba-zadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Dadaş Baba-zadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 89 nömrəli tam orta məktəbin direktoru Dadaş Baba-zadəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

89 nömrəli tam orta məktəbin direktoru Dadaş Baba-zadə peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Dadaş Baba-zadə bu işin müqəddəsliyini qoruyub saxlayır. Dadaş Baba-zadə kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Dadaş Baba-zadədən danışdılar yaxşı ki, Dadaş Baba-zadə 89 nömrəli tam orta məktəbin direktorudur… Dadaş Baba-zadə öz isguzarlığı ilə tanınır və seçilir….

Dadaş Baba-zadə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Dadaş Baba-zadə böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Dadaş Baba-zadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Dadaş Baba-zadənin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Dadaş Baba-zadə insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Dadaş Baba-zadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 89 nömrəli tam orta məktəbin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Dadaş Baba-zadə özünü doğruldub. Bizdə hörmətli Dadaş Baba-zadəni dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

  

         89 nömrəli tam orta məktəb 1947-ci ildən fəaliyyət göstərir. 1964-cü ildə tikili istifadəyə verilmişdir. 2011-ildə əsaslı təmir olunaraq 12 sinif otağdan ibarət yeni əlavə korpus tikilmişdir. Məktəb 1000 nəfər şagird tutumuna malikdir. Hal-hazırda məktəbdə 2020 şagirdin təlim tərbiyəsi ilə 81 nəfər müəllim kollektivi məşğul olur. Müxtəlif olimpiadalarda və müsabiqələrdə şagirdlər uğurla iştirak ediblər. 2017-2018-ci tədris ilində 89 №li tam orta məktəbin IX sinfi bitirən məzunların buraxılış imtahanlarının nəticəsinə görə reytinq cədvəlində 104 pillə irəliləmişdir. Məzunlarımızdan 4 məzun fərqlənmə attestatı, 1 məzun xüsusi nümunəli attestat və qızıl medala layiq görülmüşdür. Məktəbi bitirən məzunlardan 36 nəfəri müxtəlif Ali təhsil müəssisələrinə qəbul olunmuşlar. Belə ki, məktəbimizin məzunu Həsənova Şayxanım Aydın qızı ən yüksək nəticə göstərərək 700 bal,  Məmmədova Aytac  Abuzər qızı  Respublika fənn olimpiadasında I yerə layiq görülərək qızıl medalla və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif olunmuşdur.
Məzunlardan 4 nəfər 600-dən yuxarı bal toplamışdır. Həsənəova Şayxanım 700 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Dadaşev Əbdülağa 695 balla Bakı Ali Neft Məktəbi, Məmmədova Aytac 692 balla Bakı Dövlət Universiteti, Abdullayeva Fidan 634 balla Azərbaycan Dillər Universitetinə qəbul olmuşlar. Bunlardan 3-ü Prezident təqaüdünə layiq görülmüşdür.Həmçinin məktəbimizin məzunu Lalə İbrahimova prezident təqaüdünə layiq görülərək adı “Qızıl kitaba” yazılmışdır.

89 nömrəli tam orta məktəbin direktoru Dadaş Baba-zadə - Azərbaycan xalqının öz liderini sevərək qızıl hərflərlə yaddaşına həkk etməsi hər şeydən əvvəl onun məhz ölkəmizin ən çətin dövrlərində siyasi arenaya gələrək xalqı düçar olduğu bəladan qurtarması, ölkəni parçalanma təhlükəsindən xilas etməsi ilə bağlıdır. Ən yeni tarixə nəzər salsaq xalqın öz liderinə olan belə ali sevgisi üçün saysız-hesabsız misallar gətirə bilərik. Əlbəttə, zaman baxımından 1993-cü il xüsusi qeyd olunmalıdır. Belə ki, həmin il may-iyun aylarında ölkədə müstəqilliyin itirilməsinə gətirib çıxaracaq vətəndaş müharibəsi təhlükəsinin yarandığı aşkar görünürdü. Elə buna görə idi ki, Azərbaycan xalqı təkidlə Ulu Öndərin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Ölkədə günü-gündən vəziyyətin gərginləşdiyini görən o dövrkü ölkə rəhbərliyi də Dahi şəxsiyyəti Bakıya dəvət etməyə məcbur oldu. 15 iyun tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi xalqın və ölkənin qurtuluşu oldu.

Ali Sovetin sədri seçildiyi ilk gündən Ulu Öndər idarəçilikdə aşkarlığa üstünlük verərək ali qanunverici orqanın iclaslarını, respublika əhəmiyyətli müşavirələri canlı yayımlatmağa, vəziyyəti olduğu kimi xalqa çatdırmağa başladı. Ölkənin ictimai-siyasi həyatındakı gərginliyin aradan qaldırılması üçün Ulu Öndər tərəfindən hər cür lazımi işlər görülməyə başlandı. Nəhayət, parlamentin 24 iyun tarixli iclasında qəbul edilən qərarla ölkədə Prezident səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. Bu qərar yaranmış vəziyyətin dövlətin nəzarətinə götürülməsi, xalqın iradəsinə tabe edilməsinə şərait yaratmış oldu. Ölkədə daxili və xarici siyasət, ordu quruculuğu və digər həyati əhəmiyyətli sahələrdə qəbul edilən qərarlar Ulu Öndərin hakimiyyətə qayıdışından sonra baş verən proseslərin bir hissəsi idi.

Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün dövlət müstəqilliyinin əldə olunmasından sonra həyata keçirilməsi həyati əhəmiyyət kəsb edən məsələlərdən biri milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən olunması idi. Hakimiyyətə qayıdan siyasət qrossmeysteri elə ilk günlərdən xarici siyasəti yeniləşdirdi və respublikanın xarici siyasətində böyük dönüş yaratdı. Bu baxımdan Ulu Öndərin apardığı iş birinci növbədə keçmiş hakimiyyətin xarici siyasət kursunda buraxdığı kobud səhvlərin sayəsində Azərbaycan ətrafında formalaşmış gərgin beynəlxalq siyasi vəziyyətin aradan qaldırılması, ölkənin strateji maraqlarının regionda xüsusi təsiri olan dövlətlərin maraqları ilə uzlaşdırılması istiqamətində oldu.

Hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanın xarici siyasətində prioritet olan özünütəcrid xəttinin tamamilə yanlış və yolverilməz olduğunu, milli maraqlara uyğun gəlmədiyini vurğulamış, belə siyasətin acı nəticəsi olaraq dünyanın Azərbaycanı tanımaması, problemlərimizdən xəbər tutmamasını göstərmiş və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırmışdı.

Yürüdülən daxili və xarici siyasət, atılan addımlar xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə gətirib çıxardı. Əlbəttə bunların hamısı Ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev öz həyatını doğma xalqına həsr etmiş dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Bütün dövrlərdə xalqına ləyaqətlə, sədaqətlə xidmət etmiş lider cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq hər zaman xalqın dəstəyinə güvənərək Azərbaycanı daim irəliyə aparmışdı.

Tariximizdə ölkənin taleyüklü məsələlərinin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları həmişə olmuşdur. Belə insanlar gördükləri böyük işlərin, etdikləri taleyüklü əməllərin sayəsində yaddaşlarda qalmış, adlarını tariximizə yazdırmışdırlar. Tarix boyu Azərbaycanın dövlət xadimləri içərisində ümummilli lider səviyyəsinə yüksəlmiş yeganə rəhbər, görkəmli dövlət xadimi və dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu öndər bu iki keyfiyyəti özündə birləşdirməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Вернуться назад