» » Bahar Kərimova haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır

Bahar Kərimova haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır



Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında 3 saylı lal-kar uşaqlar üçün məktəbin direktoru Bahar Kərimova adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

 Bahar Kərimovanın hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı. 

3 saylı lal-kar uşaqlar üçün məktəbin direktoru Bahar Kərimova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Bahar Kərimova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 3 saylı lal-kar uşaqlar üçün məktəbin direktoru Bahar Kərimovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

102xeber.az-ın əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: 3 saylı lal-kar uşaqlar üçün məktəbin direktoru Bahar Kərimova ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Son günlər bəzi internet saytlarında 3 saylı lal-kar uşaqlar üçün məktəbin direktoru Bahar Kərimova ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. 3 saylı Respublika Xüsusi İnternat Məktəbində “fırtına” baş verə­cək- ŞOK FAKTLAR" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, 3 saylı lal-kar uşaqlar üçün məktəbin direktoru Bahar Kərimova haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya