» » Polis Mətanət İsgəndərlinin oğlunun əməlini araşdırır (RƏSMİ)

Polis Mətanət İsgəndərlinin oğlunun əməlini araşdırır (RƏSMİ)

Polis Mətanət İsgəndərlinin oğlunun əməlini araşdırır (RƏSMİ)


Sosial şəbəkələrdə müğənni Mətanət İsgəndərlinin oğlu Kərimin öz övladını döyməsi ilə bağlı məlumatlar yayılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Elşad Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan iddiaların təfərrüatları Bakı şəhər Baş Polis İdarəsində araşdırılır:
 
"Vətəndaş Aynur Həmidova polisə dəvət olunaraq izahatı alınıb. Hazırda təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”.
 
Qeyd edək ki, əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidova övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı məlumatlar yayıb. O, həmçinin işgəncələri əks etdirən fotoları da nümayiş etdirib.
 
Xatırladaq ki, uzun müddət bir-birindən ayrı yaşayan cütlüyün hazırda rəsmi boşanmaları üçün məhkəmə işi davam edir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya