» » Bəhram Bağırzadənin vəziyyəti necədir? — Həkimi danışır

Bəhram Bağırzadənin vəziyyəti necədir? — Həkimi danışır

Bəhram Bağırzadənin vəziyyəti necədir? — Həkimi danışır


“Əməkdar artist Bəhram Bağırzadə hələlik traxeostoma vasitəsilə süni tənəffüs aparatının köməyilə nəfəs alır”.
Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov deyib.

O bildirib ki, xəstənin klinik vəziyyətində müsbət dinamika davam edir:
“Ağciyərlərin və ümumilikdə, bədənin reabilitasiyasına başlanılıb. Hamımız süni tənəffüs aparatından ayrılacağı günü səbirsizliklə gözləyirik”.

Həkim eyni zamanda bu çətin günlərdə gərgin iş fəaliyyətinə baxmayaraq, Bəhram Bağırzadənin timsalında xəstəxanada müalicə alan yüzlərlə xəstənin müalicəsinin təşkilini daim diqqətdə saxlayan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xəstələrin və xəstəxana kollektivinin adından sonsuz təşəkkürünü bildirib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya