» » Qarabağ bölgəsinin su ehtiyatlarının həcmi AÇIQLANDI

Qarabağ bölgəsinin su ehtiyatlarının həcmi AÇIQLANDI

  • 28-04-2021, 10:44
  • Sosial
  • 0
  • 248
Qarabağ bölgəsinin su ehtiyatlarının həcmi AÇIQLANDI


Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatları açıqlanıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib ki, Qarabağ bölgəsi və ətraf rayonlarda 14 çay, 9 su anbarı mövcuddur:

"Bunlar Araz, Bərgüşad, Tərtər, Hərkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çaylarıdır. Bu çaylarının bəzilərinin üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçın çay, Aşağı Köndələn çay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbrları yerləşir. Anbarlardan ən böyüyü Xudafərin (1 milyard 612 milyon kubmetrdir), çaylardan ən böyüyü isə Araz çayıdır (1072 kilometrdir)", - o vurğulayıb.

V.Kərimov deyib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühim əhəmiyyət daşıyır.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Qalereya