» » Ramazan ayında karantin sərtləşdiriləcəkmi? - AÇIQLAMA

Ramazan ayında karantin sərtləşdiriləcəkmi? - AÇIQLAMA

  • 12-04-2021, 13:17
  • Sosial
  • 0
  • 331
Ramazan ayında karantin sərtləşdiriləcəkmi? - AÇIQLAMA


Müqəddəs Ramazan ayının daxil olmasına sayılı günlər qalır. Əfsuslar olsun ki, bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edəcək. Mövcud vəziyyətə uyğun olaraq Ramazan ayının ayinləri karantin rejminin şəraiti nəzərə alınmaqla həyata keçiriləcək.
Baku.ws xəbər verir ki, Azərbaycanda 2021-ci il üçün Ramazan ayının başlanğıcı aprelin 14-ə təsadüf edəcəyi gözlənilir. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası fətva verib.

Ramazan ayının yeganə vacib ibadəti oruc tutmaq olsa da, belə bir mənəvi fürsətdən yararlanmaq və dünyada ikən behişti hiss etmək üçün müxtəlif ibadətlər tövsiyə olunur. Orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır. Uca Allaha təvəkkül edərək özümüzü, yaxınlarımızı qorumalı, əməl, dua və ibadətlərimizlə salamatlığın bərqərar olmasına nail olmalıyıq.

Qeyd edək ki, hazırda koronavirus pandemiyasının növbəti və daha təhlükəli dalğasının yaşadığımız bir dövrdə yoluxmanın sürətlə artacağı riski var. Bu səbəbdən Ramazan ayında müəyyən qapanmalara gedilməsi də istisna deyil. Çünki insanların sağlamlıqlarının qorunması və ölüm hallarının artmaması üçün ötən il də Ramazan ayı dövründə qapanma tətbiq edilmişdi.



Bütün hallarda dini ayinlərin icrası insanların sağlamlıqlarını və həyatlarını təhdid edəcək səviyyədə olmamalıdır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli BAKU.WS-ə bildirib ki, kütləvi iftar məclislərindən insanlar çəkinsinlər və mümkün qədər təmaslarını azaltsınlar:

"Təbii ki, qaydalar çərçivəsində ictimai iyaşə obyektlərində insanlar iftar aça bilir. Amma kütləvi şəkildə insanların qapalı yerdə toplaşması məqsədəuyğun deyil. Kütləvi iftar məclislərinə xərclənən vəsaiti isə digər xeyriyyə məqsədlərinə sərf etmək olar. Ehtiyaclı insanlara yardım etmək olar, təhsil haqqını verə bilməyən gənclərə kömək etmək olar. Digər xeyriyyə tədbirlərinə bu vəsaiti xərcləmək olar.

Bir daha tövsiyyə edərdim ki, ayinlər kütləvi şəkildə icra olunmasın. Yəqin ki, karantin rejiminin şərtlərinə uyğun olaraq dini ayinlər məscidlərdə canlı yayım vasitəsilə icra olunacaq və insanlar öz evlərindən bu ayinlərə qoşula biləcəklər".



Vətəndaşların iftar süfərləri arxasında toplaşmaq istəyi anlaşılan olsa da, bu nəticə etibarilə yoluxmanın artmasına səbəb ola bilər. Həkimlər immunt sisteminin gücləndirilməsi və gediş-gəlişlərin minimuma endirilməsini tövsiyyə edir.

"Biz onsuz da həmişə müxtəlif viruslu mikrobların əhatəsindəyik. Amma o insanlar xəstələnirlər ki, onların immunt və əsəb sistemləri zəyifdir. Xəstələrin ölümünə əsas səbəb qanın qatı olması və trombun əmələ gəlməsidir. Yaşlı xəstə olan insanlar qan durulducu dərmanlardan mütəmadi istifadə etməlidirlər. Gənclər isə öz çəkisinə uyğun olaraq gün ərzində 2-3 litr adi su qəbul etməlidirlər",-deyə həkim Aygün Məmmədova bildirib.

Məlumat üçün bildirək ki, ötən ilin Ramazan ayında qüvvədə olan məhdudiyyətlər və vətəndaşların virusa yoluxma risklərini anlayışla qəbul etməsi kifayət qədər effektiv nəticələr ortaya qoymuşdu.

Ramazan ayında kimlərə oruc tutmaq vacib deyildir?

Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm qəza orucundan, həm də kəffarədən azaddırlar:

Həddi-büluğa çatmamış uşaqlar;
Psixi cəhətdən qeyri-normal şəxslər;
Qocalıb əldən düşmüş şəxslər;
Aclıq və susuzluğa heç cür tab etməyən daimi xəstələr.



Daha dörd təbəqədən olan şəxslər isə Ramazan ayında oruc tutmaya bilərlər; bunun üçün onlara kəffarə də düşmür, sadəcə olaraq itirdikləri hər gün əvəzinə bir gün qəza orucu onlara vacibdir:

Hamilə qadınlar. Onlar itirdikləri hər günün əvəzində ehtiyaclılara 750 qram yemək verməli, ana olduqdan sonra isə qəza oruclarını tutmalıdırlar;
Körpəsinə süd verən qadın (əgər oruc tutduğu təqdirdə südünün kəsiləcəyindən qorxarsa). Onlar da hər gün üçün 750 qram ehsan etməli, südvermə müddəti bitdikdən sonra qəza orucu tutmalıdır;
Qadınlar paklıq vəziyyətləri pozulduğu günlərdə oruc tutmamalı, lakin sonra mütləq qəza etməlidirlər (hər gün müqabilində bir gün hesabı ilə);
Ramazan ayında müvəqqəti xəstələnmiş şəxslərin səhhətinə oruc tutmaq təhlükə törədirsə, xəstə olduqları günlərdə orucdan azaddırlar. Əgər gələn ilin Ramazan ayına kimi sağalsalar, mütləq qəza orucu tutmalıdırlar. Gələn ilə kimi sağalmasalar, qəza orucu vacib olmaz, yalnız hər gün üçün 750 qram ehsan etmələri kifayətdir.
İstənilən halda koronavirus xəstələrinin oruc tutması, eyni zamanda koronavirus xəstəliyinə görə oruc tutmamaq da düzgün deyil. Çünki sağlam, səhhəti normal olan və şikayəti olmayan şəxslərin Ramazan ayında oruc tutmasında heç bir dini qadağa mövcud deyil.

Sağlam, səhhəti normal olan və heç bir şikayəti olmayan şəxslərin Ramazan ayında oruc tutmasında heç bir dini qadağa mövcud deyil. Bundan əlavə günün böyük hissəsini yeməkdən uzaq durmaq və oruc tutmaq ömrü uzadır, həmçinin bir çox xəstəliyin qarşısını alır. Bu fikirlər “New England” tibbi jurnalında dərc edilən məqalədə də öz əksini tapıb.

Bildirilib ki, günün 6-8 saatını qidalanıb yerdə qalan 16-18 saatını yeməkdən imtina bir çox xəstəliyin qarşısını almaqla yanaşı, qan təzyiqini aşağı salır və ömrü uzadır.Orucun piylənmə, şəkər və ürək çatışmazlığının müalicəsində bir üsul kimi təqdim edilə biləcəyi vurğulanan məqalədə bunun üçün “gündəlik məhdud istehlak” və “həftədə iki gün oruc tutmaq” kimi iki üsul təqdim edilib.

İnsan və heyvanlar üzərində aparılan təcrübəyə istinad edilən araşdırmada həmçinin göstərilir ki, vaxtaşırı oruc tutmaqla maddələr mübadiləsini də bərpa etmək mümkündür. Həmçinin bu üsul hüceyrə sağlamlığına müsbət təsir göstərib.Orucun faydalı tərəfləri olduğu halda, xəstə insanların oruc tutmaq arzusu isə heç də qəbulolunan deyil. Çünki İslam dininin qaydaları insanların özlərinə ziyan vurmasına, xəstəliklərini şiddətləndirməsinə və həyatı üçün təhlükə yaradacaq hallara yol verməsinə izacə vermir.

- Koronavirus pandemiyası zamanı sağlam insanlar oruc tuta bilərmi?

- Koronavirus pandemiyası zamanı sağlam insanlar oruc tutmalıdırlar. Yəni orucun vacib olma hökmü onların üzərindən götürülmür. Sağlam insanlar digər vaxtlarda olduğu kimi pandemiya zamanı da oruc tutmalıdırlar. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasında da bu ayrıca qeyd olunub ki, hansı qrup insanlar oruc tutmaqdan azad oluna bilərlər. Buna görə sağlam insanların oruc tutmasında hər hansı problem yoxdur. Hətta bəzi həkimlər oruc tutmağın insan immunitetinə müsbət təsir göstərdiyini qeyd ediblər. Bir şərtlə ki, düzgün qidalanma olsun. İftardan sonra çoxlu maye qəbul edərlərsə, meyvə-tərəvəzdən çox istifadə olunarsa, bu halda insanların sağlamlığına heç bir ciddi mənfi təsir göstərməyəcək.

- Bəs COVID-19 virusuna yoluxan şəxsin oruc tutması düzgündürmü?

- Koronavirusa yoluxan şəxslərin oruc tutması mümkün deyil. Çünki onlar müalicə olunurlar, dərman qəbul edirlər. Ona görə virusa yoluxan insanlar oruc tutmamalıdırlar. İnşallah, sağalandan sonra oruclarını davam edərlər, əgər Ramazan ayı bitərsə, daha sonra qəzasını yerinə yetirərlər. Amma virusa yoluxmuş insanlar hazırda müalicə olunurlar deyə Ramazan ayının orucunu tutmamalıdırlar. Onlar oruc tutmaqdan azad olunurlar.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Mart 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Qalereya