» » Aqil Məmmədov: Xalqımız əbədi yaşamağa layiq olan xalqdır və bunu tarixin müxtəlif dövrlərində sübut etmişdir

Aqil Məmmədov: Xalqımız əbədi yaşamağa layiq olan xalqdır və bunu tarixin müxtəlif dövrlərində sübut etmişdir

  • 25-02-2021, 09:00
  • Sosial
  • 0
  • 64



Milli məclisin deputatı Aqil Məmmədov - Bəşəriyyətə qarşı törədilmiş ən qanlı, ən faciəli qırğınlardan biri olan Xocalı faciəsindən 29 il ötür. Lakin 29 il ötməsinə baxmayaraq həmin müdhiş gün, o dəhşətli gecə bizim yaddaşımızda qalmaqdadır və əbədi olaraq da qalacaqdır. Beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir.

Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir. Bu səbəbdən də o, həm də qanla yazılan qəhrəmanlıq tarixi kimi qeyd edilə bilər. Ona görə də bu tarix həmişə geniş təbliğ edilməli, gələcək nəsillərə ötürülməlidir.Mənfur düşmənlərin xalqımıza qarşı törətdikləri soyqırımları, faciələri heç vaxt unutmaq olmaz! 31 mart soyqırımı, 20 Yanvar faciəsi, Xocalı faciəsi və,s hər biri Azərbaycan xalqının sağalmaz yarasıdır. 30 ilə yaxın zaman ərzində rusların köməyi ilə Azərbaycanın 20 faizdən çox torpaqlarımızı işğal altında saxlayan erməniərin tapdağından ali baş komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun gücü hesabına 44 gün ərzində azad edilməsi yuxarıda sadalanan xalqın dərin yaralarına bir məlhəm oldu. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Şərəf hissi ilə qeyd edə bilərəm ki, müxtəlif yollarla əl atan düşmənlər heç vaxt Azərbaycan xalqını sındıra, diz çökdürə bilmədilər. Bəşər tarixində dərin iz qoyan və minillik tarixə malik Azərbaycan xalqı qədim zamanlardan indiyə qədər yaşamış, yaratmış, böyük dövlətlər qurmuş və həmişə düşmənlərini məhv etmişdir! Xalqımız əbədi yaşamağa layiq olan xalqdır və bunu tarixin müxtəlif dövrlərində sübut etmişdir. 44 günlük vətən müharibəsində tarixi torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının müasir dövrdə özünün əbədi yaşamağa layiq olan xalq kimi bir daha sübut etməsi idi. 

Artıq Qarabağımızda həyat canlanmağa başlayıb. Dövlətimizin başçısı hər səfərində vəziyyətlə tanış olmaqla yanaşı, böyük qayıdışa hədəflənən təməlləri atır. Məlumdur ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. "Ağıllı şəhər" və "ağıllı kənd" layihələri çox geniş anlayışlardır. Texnologiyanın inkişafından dolayı artıq bütün vasitələrin ağıllandığını və internetə qoşulduğunu görürük."ağıllı kənd" və "ağıllı şəhər" layihələrinin həyata keçirilməsi birinci növbədə ölkəmizin iqtisadi gücünün və potensialının nümayişidir: “Çünki "ağıllı kənd" və "ağıllı şəhər" layihəsi hər şeydən öncə həmin ərazilərdə müasir rəqəmsal texnologiyaların və innovasiyaların tətbiq olunması əsasında sosial-iqtisadi xidmət sferalarının qurulmasıdır. Müasir yaşayış regionları haqqında təsəvvürlərin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, kənd və ya şəhər yeri olmasından asılı olmayaraq insan həyatının və yaşayışının bütün əsas parametrləri üzrə səviyyələr və xidmətlər eyni olmalıdır. İndiyə qədər adət etmişik ki, kəndlərin və şəhərlərin səviyyəsi bir-birindən fərqlənməlidir. Amma müasir kənd və şəhər təsəvvürü belə bir bölgünü istisna edir. Bu innovativ layihə kənd əhalisini və infrastrukturunu yeni texnoloji həllərlə təmin edir. Bundan başqa, ağıllı biznes və təsərrüfatın qurulması məqsədilə layihə bazara rahat çıxış platformaları, təchizatçılar, istehsalçılar üçün daxili və xarici bazara rəqəmsal çıxış, onlayn bank xidmətləri və digər xidmətlər təqdim edir. "Ağıllı şəhər” imkan verir ki, yollar, körpülərlə bağlı daha əsaslandırılmış və sistemli infrastruktur qurulsun və onların təmin edilməsi və gücləndirilməsinə diqqət ayırmaq mümkün olsun. Nəhayət, layihə ixtisaslı kadrların işlə təmin olunması və onlar üçün daha çox iş yerlərinin yaradılmasına imkan verir”. Layihə vətəndaş və hökumət arasında daha sıx əməkdaşlığın formalaşmasına kömək edir. Həmin şəhərdə yaşayan sakinlər də fərqli alətlərdən, internet üzərindən və mobil aplikasiyalardan, portallardan, onlayn alətlərdən istifadə etməklə, şəhər idarəetməsi ilə birbaşa əlaqə qururlar.Həmin ideyanın işğaldan azad edilmiş ərazilərdəki şəhər və kəndlərdə tətbiq edilməsi, həmin ərazilərin beynəxlalq standartlara uyğun qurulması, həm də yeni inkişaf modelinin tətbiqinə imkan yaradacaq.Ancaq bu məsələ o qədər də asan deyil. “Ağıllı kənd”, “Ağıllı şəhər” layihəsinin reallaşdırılması üçün ən azı 10 milyard pul lazımdır Çünki ermənilər o kəndləri, şəhərləri faktiki olaraq tamamilə məhv ediblər. Hər şey sıfırdan başlanmalıdır. Öncə ərazilər minalardan təmizlənməlidir, sonra kütləvi tikinti-quruculuq işləri həyata keçirilməlidir. İşlər bütün rayonlarda paralel olaraq aparılmalıdır.Bütün bu çətinliklərə baxmayaraq biz inanırıq ki,Cənab prezidentin uğurlu siyasəti nəticəsində dövlətimiz bu işlərin öhdəsində layiqincə gələcək.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    “İcra başçısı və müavinləri Lənkəranı talayır” – Təhsil üzrə tanınmış ekspert Elşən Qafarov sosial şəbəkələrdə məmurların “sərvət siyahısı”nı yaydı – Video
    “İcra başçısı və müavinləri Lənkəranı talayır” – Təhsil üzrə tanınmış ekspert Elşən Qafarov sosial şəbəkələrdə məmurların “sərvət siyahısı”nı yaydı – Video
    “İcra başçısı və müavinləri Lənkəranı talayır” – Təhsil üzrə tanınmış ekspert Elşən Qafarov sosial şəbəkələrdə məmurların “sərvət Ətraflı
    Bütün xəbərlər
    «    Aprel 2021    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    Qalereya