» » “Qazilərimiz bir sənəd almaq üçün dəfələrlə hansısa qurumlara gedib-gəlməməlidir”- Deputat

“Qazilərimiz bir sənəd almaq üçün dəfələrlə hansısa qurumlara gedib-gəlməməlidir”- Deputat

  • 23-02-2021, 12:11
  • Sosial
  • 0
  • 5
“Qazilərimiz bir sənəd almaq üçün dəfələrlə hansısa qurumlara gedib-gəlməməlidir”- Deputat


Diqqəti bir problemə çəkmək istərdim. Bu bizim hamımızın üzləşdiyi problemdir. Qazilərimiz, yaralılarımızın üzləşdiyi problemdən bəhs edirəm. Təəssüflər olsun ki, qazilərimiz sənəd almaq üçün növbəyə durmalı olurlar, bəzən bir sənəd üçün hansısa qurumlara dəfələrlə gedib-gəlməli olurlar.

Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Nigar Arpadarai deyib.

Millət vəkili qeyd edib ki, bu qurumların işlərini müəyyən prosedurlara uyğun şəkildə qurub və bu anlaşılandır: “Bu prosedurlar tələb edir ki, sənəd almaq üçün bir və ya bir neçə dəfə ora gedilsin.

Ancaq hesab edirəm ki, biz qazilərimizin işini yüngülləşdirmək, dövlətimizin onun yanında olduğunu növbəti dəfə göstərməliyik.

Təklif edirəm ki, bu problemi yoluna qoymaq üçün Asan Xidmət modelində qurum yaradılsın. Bu halda könüllülər hətta sənədləri qazilərə evlərində çatdıra bilərlər. Sözsüz ki, qazilərimiz bir sənəd üçün dəfələrlə gedib-gəlməməlidirlər”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Fevral 2021    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    Qalereya