» » Minimum maaş 500 manat ola bilərmi? - AÇIQLAMA

Minimum maaş 500 manat ola bilərmi? - AÇIQLAMA

  • 16-11-2022, 15:30
  • Sosial
  • 1
  • 612
Minimum maaş 500 manat ola bilərmi? - AÇIQLAMA


İqtisadçı ekspert Natiq Cəfərli millət vəkili Vahid Əhmədovun minimum əmək haqqının 500 manat olması ilə bağlı irəli sürdüyü təklifi şərh edib.

Ekspert inflyasiya, qiymət artımı ilə bağlı maaşlar və təqaüdlərin artırılmalı olduğunu, lakin bu addımı atmadan öncə bir neçə məsələnin mütləq həll edilməli olduğunu deyib

"İlk növbədə qanunvericilikdə VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişlərinin minimum əmək haqqına bağlantısı aradan qaldırılmalıdır. Məsələn, ay ərzində 500 manat dövriyyəsi olan da, 5000 manat olan da eyni ödəniş, yəni, minimum əmək haqqının 25%-ni DSMF-yə ödəməlidir (bəzi fəaliyyət növlərində hətta 50%-ni ödəmək məcburiyyəti var). Bu yanaşma qanundan çıxarılmalıdır, minimum əmək haqqı artdıqca DSMF-yə ödənişlərin də avtomatik olaraq artması doğru yanaşma deyil. Ona görə də, bu bağlantı qanunvericilikdən çıxarılmalı, əvəzində ancaq dövriyyədən DSMF-yə ödəniş nəzərdə tutulmalıdır – təklif edirəm ki, dövriyyənin 2%-i DSMF-yə ödəniş kimi ayrılmasını nəzərdə tutan yeni qanun qəbul edilsin".

N. Cəfərli bildirib ki, daha bir problem indiki idarəetmə və iqtisadi sistemdə maaş və təqaüdlərin artırılmasının əlavə inflyasiya basqısı yaratmasıdır: "Hətta “maaş-təqaüdlər artacaq” xəbəri belə artıq qiymətlərin yüksəlməsinə səbəb olur. Ona görə də, maaş və təqaüdləri artırmaqla paralel olaraq vergilər və gömrük dərəcələri də azaldılmalı, inflyasiyanı aşağı çəkəcək tədbirlər görülməlidir. Bu məsələ ilə bağlı aylar öncə təklif etdiyimiz məsələ bu gün də aktualdır, həll edilməlidir - ərzaq və dərmanların ƏDV-si 18%-dən 2%-ə endirilməli, ölkəyə gətirilən dərman vasitələri isə ümumən gömrük rüsumlarından tam azad edilməlidir. Bu yolla qiymət artımının qarşısını almaq, inflyasiyanı kəskin azaltmaq olar. Təbii ki, paralel olaraq inhisarçılıq problemi də sistemli və iqtisadi yanaşmalarla həll edilməlidir".

Ölkədə DSMF-nin işləmə qaydalarının dəyişdirilməli olduğunu deyən ekspert ödənilən vəsaitdən dövlətin faizsiz istifadə etdiyini, fərdi hesablara toplanan vəsaitin inflyasiyaya görə indeksləşdirilmədiyini deyib: "Məsələn, mənim DSMF-dəki fərdi hesabımda illərdir ödədiyim 20 min manatdan çox vəsait var. Bu vəsaitə görə mənə dividend ödənilmir, həm də yığılan vəsaitin ərazaq inflyasiyasına görə dəyərdən düşməsi kompensasiya edilmir. Dövlət ya özəl təqaüd fondlarının yaradılmasına və fərdi müqavilələrə icazə verməli, ya da vətəndaşdan topladığı və istifadə etdiyi vəsaiti hər il ərzaq inflyasiyasına görə indeksləşdirməlidir". 

"Qeyd etdiyim problemlər çözülməzsə, maaş-təqaüdlərin artımı növbəti dəfə vətəndaşlara xeyir kimi deyil, qiymət artımı yükü kimi geri dönəcək", - deyə N. Cəfərli əlavə edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Поподробнее после этого worms revolution скачать торрент
    5 fevral 2023 10:50
    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya