» » “Bu, Ermənistanın mövcudluğunu sual altına qoyacaq” - Deputat

“Bu, Ermənistanın mövcudluğunu sual altına qoyacaq” - Deputat

“Bu, Ermənistanın mövcudluğunu sual altına qoyacaq” - Deputat


"Ermənistanda seçkiöncəsi vəziyyət olduğundan siyasi qüvvələr arasında ciddi mübarizə gedir və daha çox anti-Azərbaycan bəyanatlar və mövqe ortaya qoyan siyasi qüvvə xal qazanmaq istəyir. Amma Ermənistanın bu gün revanş götürüb yenidən əvvəlki vəziyyəti bərpa etməsi üçün heç bir imkanı yoxdur. Belə bir cəhd Ermənistan dövlətinin mövcudluğunu sual altında qoyacaq".
Bunu "Ölkə.Az"a açıqlamasında millət vəkili Asim Mollazadə Ermənistanın baş naziri Nikol Paşinyanın və ölkədəki revanşist qüvvələrin bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə,  belə revanşist qüvvələr üçün Azərbaycanın  dəmir yumruğu hazır vəziyyətdədir və onunla üzləşəcək.

"Bu səslənən bəyanatlar daha çox Ermənistanın daxili auditoriyası üçün nəzərdə tutulub.  Çünki onlar cürət edib hansısa addımlar ata bilməyəcəklər.  Belə bir niyyəti reallaşdırmaq üçün Ermənistanın hansısa gücü yoxdur. Bunun üçün güclü ordu olmalıdır ki, bu da bu gün Ermənistanda yoxdur və yaxın gələcəkdə də olacağını gözləməyə dəyməz", - millət vəkili qeyd edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya