» » Türkiyə və Pakistan Silahlı Qüvvələri hərbi təlimlər keçirir

Türkiyə və Pakistan Silahlı Qüvvələri hərbi təlimlər keçirir

Türkiyə və Pakistan Silahlı Qüvvələri hərbi təlimlər keçirir


Türkiyə və Pakistan Silahlı Qüvvələri “Atatürk- 2021” birgə hərbi təlimlərinə başlayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hərbi təlimlərin açılış mərasimi Pakistanın Hayber-Paxtunxva əyalətinin Tarbela bölgəsindəki hərbi bazada təşkil edilib.

Pakistan Silahlı Qüvvələri komandanlığı iki ölkə ordularının qarşılıqlı əlaqələrini gücləndirməyə yönəlmiş təlimlərin üç həftə davam edəcəyini bildirib.

Qeyd edək ki, sözügedən təlimlər 1998-ci ildən bəri hər iki ölkədə xüsusi qüvvələr bölmələrinin iştirakı ilə növbəli olaraq baş tutur.

Türkiyədə təlimlər “Cinnah” (Məhəmməd Əli Cinnah - Pakistanın ilk general-qubernatoru və ölkənin qurucu şəxsiyyəti-red.), Pakistanda isə “Atatürk” adı altında keçirilir.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya