» » Komitə sədri Nizami və Kəpəz rayonlarının ləğv olunmasını təklif edir

Komitə sədri Nizami və Kəpəz rayonlarının ləğv olunmasını təklif edir

Komitə sədri Nizami və Kəpəz rayonlarının ləğv olunmasını təklif edir


Gəncə  şəhərində idarəetmənin effektivliyinin təmin edilməsi üçün  optimallaşdırılmasına ciddi ehtiyac var.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
 Komitə sədrinin sözlərinə görə, əhalisi Sumqayıt şəhərinin əhalisindən elə də çox olmayan Gəncə şəhərinin tərkibində  Nizami və Kəpəz inzibati rayonlarının fəaliyyət göstərməsi  şəhərin  effektiv, optimal idarəçiliyin həyata keçirilməsinə  ciddi maneələr yaradır. “Təcrübə göstərir ki, Nizami və Kəpəz rayonunun fəaliyyəti  idarəçilikdə həm təkrarçılığa, həm də  əlavə süni bürokratik əngəllərin yaranmasına səbəb olur. Onsuz da bütün kütləvi-mədəni və digər mühüm kütləvi tədbirlər Gəncə ŞİH tərəfindən təşkil edilir. Nizami və Kəpəz RİH-lər burada ancaq  yardımçı rolunu oynayır.  Müstəqillik dövründə isə bu rayonların fəaliyyəti nəzərə çarpmır.”- millət vəkili qeyd edib.

Komitə sədri bildirib ki, cənab  Prezidentin rəhbərliyi altında  ölkədə ciddi islahatlar, o cümlədən idarəçiliyin effektivliyinin və optimallaşdırılmasının  təmin edilməsi istiqamətində islahatlar aparılır: “Bu ilsahatlar çərçivəsində Gəncə şəhərinin daha  effektiv və optimal idarəçiliyini təmin edib, təkrarçılığı  aradan qaldırmaq üçün Nizami və Kəpəz rayonları ləğv edilməsi yaxşı olardı. Bu məsələ bir müddət öncə gündəmdə oldu və  məsələ Gəncə şəhər əhalisi  tərəfindən də müsbət qarşılandı”.
Komitə sədri hesab edir ki,  Gəncə şəhərində idarəçiliyin effektivliyinin  təmin edilməsi üçün optimallaşdırma islahatlarının həyata keçirilməsi  məsələsi Milli Məclisdə də qaldırılıb, müzakirəyə çıxarıla bilər.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya