» » Həmid Həsənov: Polis peşəsini seçəcək nəsillərə dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi Vətənə xidmət etmək olan bir örnək yaratmışdır

Həmid Həsənov: Polis peşəsini seçəcək nəsillərə dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi Vətənə xidmət etmək olan bir örnək yaratmışdır


Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz».

İlham ƏLİYEV
 

Xaçmaz RPŞ-nin rəisi Həmid Həsənov - "Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçərək dövlətin mühüm təsisatı kimi formalaşmış və təşkilati cəhətdən möhkəmlənmiş daxili işlər orqanları bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyətini daha da təkmilləşdirib, nailiyyətlərini artırıb"

Xatırlatdığınız dövrün hər bir mərhələsi, hər bir anı özündə Vətənə və xalqa sədaqətli xidməti, peşəkar və məsuliyyətli fəaliyyəti əks etdirir. Daxili işlər orqanlarının dövlətçiliyin ən böyük məktəbi olan Heydər Əliyev məktəbini keçdiyi dövrün uğurları möhtəşəm olmuşdur. Bu illər yeni yaranan dövlətini çevrilişlərdən, prezidentini, xalqını terror və sui-qəsdlərdən qorumağı bacaran, Qarabağ cəbhəsində şəhidlik zirvəsinə ucalan bütöv bir polis nəslini yetişdirmişdir. Ümummilli lider daxili ictimai-siyasi sabitliyin təmin edilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq deyirdi: "Ən böyük nailiyyətimiz odur ki, biz Azərbaycanda ictimai-siyasi sabitlik yaratdıq... Bu sabitlik Azərbaycanın hər bir vətəndaşı üçün lazımdır. Bu sabitlik Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesinin təmin olunması üçün əsas şərtdir. Bu sabitlik Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsi üçün çox vacib bir şərtdir... Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidməti mənafeyini hər şeydən üstün tutmuşdur".

Məhz ulu öndər Azərbaycan polisinin ayrı-ayrı qruplara xidmət edən pərakəndə dəstələr səviyyəsindən mütəşəkkil və peşəkar hüquq-mühafizə orqanına, müstəqil dövlətin təməli olan sabitliyin təminatçısına çevrilməsinə nail oldu. Ötən illər bizə, eləcə də gələcəkdə polis peşəsini seçəcək nəsillərə dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi Vətənə xidmət etmək olan bir örnək yaratmışdır.

Daxili işlər orqanlarının bütün şəxsi heyəti də bu reallığı görür və ürəkdən qəbul edir. Biz Azərbaycanda sabitliyin, ictimai asayişin pozulmasına, siyasi avantüraların xalqın mənafeyinə, dövlətçilik maraqlarına ziyan vurmasına heç vaxt imkan verməyəcəyik. Polis ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Respublikasının, Azərbaycan xalqının və möhtərəm Prezidentin sadiq əsgəridir.


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xaçmaz RPŞ-nin rəisi Həmid Həsənovdur.

Xaçmaz RPŞ-nin rəisi Həmid Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.

Şərəfli vəzifəyə yiyələnən Həmid Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Həmid Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Həmid Həsənovdan danışdılar yaxşı ki, Həmid Həsənov Xaçmaz RPŞ-nin rəisi təyin olunub… Həmid Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

Həmid Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Həmid Həsənovu heç vaxt əqidəsindən döndərə bilməz.

Həmid Həsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Həmid Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Həmid Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Həmid Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Həmid Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Həmid Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xaçmaz RPŞ-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Həmid Həsənov özünü doğruldub. Bizdə hörmətli Həmid Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
 

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya