» » BMT baş katibinə əsirlər barədə məlumat verildi

BMT baş katibinə əsirlər barədə məlumat verildi

BMT baş katibinə əsirlər barədə məlumat verildi


BMT-nin Baş katibi Antoniu Quterreş Ermənistanın Azərbaycan Ordusunun əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovu beynəlxalq qanunlara zidd olaraq əsir saxladığı barədə məlumatlandırılıb.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev A.Quterreşə ünvanladığı məktubda əsir əsgərlərin məsələsinə də toxunub.

Diplomat bildirib ki, Ermənistan KİV-ləri tərəfindən yayılan görüntülərdə hər iki hərbçinin qandallı halda vəhşicəsinə döyülməsini əks etdirilib.

“Müvafiq beynəlxalq öhdəliklərinə əsasən, Ermənistan hərbçilərimizi dərhal azad etməli, onlara qarşı qeyri-insani və ləyaqəti alçaldan rəftara görə məsuliyyət daşıyanları lazımi qaydada araşdırmalı və cəzalandırmalıdır”, - Azərbaycan nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.

Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya