» » Sülhməramlılarının komandanı yenidən Bakıya gəlir - Separatçılar çıxılmaz vəziyyətdə

Sülhməramlılarının komandanı yenidən Bakıya gəlir - Separatçılar çıxılmaz vəziyyətdə

Sülhməramlılarının komandanı yenidən Bakıya gəlir - Separatçılar çıxılmaz vəziyyətdə


Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı general-polkovnik Aleksandr Lentsov yenidən Bakıya gəlir.

 “hraparak” xəbər verir ki, bu barədə rus generalı mayın 1-də Xankəndidəki separatçıbaşı Arayik Arutyunyan və özünü “dövlət naziri” adlandıran  Qurgen Nersisyanla görüşündə bildirib. 

Bu, yeni komandanın Xankəndidəki separatçılarla ikinci görüşüdür. Görüşlər Xankəndidəki separatçıların ofisində deyil, sülhməramlı qoşunların qərargahında baş tutub. Yeni komandanla  görüşə separatçılar cəhd edib. Görüşdə general Lentsov danışıqların son ümid olduğunu söyləyib.

Rus komandan onlar üçün də arzuolunmaz vəziyyətin yarandığını, lakin bütün suallara yalnız Bakıdan qayıdandan sonra cavab verə biləcəyini deyib.

P.S. Azərbaycanın Laçın sərhəddində quraşdırdığı nəzarət-buraxılış məntəqəsi ilə bağlı məsələnin müzakirə edilməsi mənasızdır və separatçılar bununla barışmalıdır. Odur ki, Xankəndidəkilərin ya Azərbaycanın vətəndaşlığını qəbul edəcəklər, ya da  Qarabağı tərk etməli olacaqlar.  
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya