» » 44 günlük Vətən müharibəsi şanlı tariximizdir

44 günlük Vətən müharibəsi şanlı tariximizdir





















"ORBİTA” MTK-nın rəhbəri Famil Bağıyev -  İki il öncə sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Gedən döyüşlər bizim hansı iradəyə, hansı hisslərə sahib olduğumuzu göstərdi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisası alındı.

27 Sentyabr-bu gün bütün dünya azərbaycanlılarının, bütün türk dünyasının və onların təsir və təkidi ilə az qala bütün dünyanın “Azərbaycan!”, Qarabağ!”, Haqq savaşı!” dediyi gündür. Bütün dost yardımlarına baxmayaraq yükün ağırını özü daşıyan Azərbaycanlıların bir yumruq kimi birləşib “Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!”- dediyi gündür. Hər bir Azərbaycan vətəndaşının “pələngləşən, şirləşən”, “qarı düşmən üstünə şahin-şonqar kimi şığıdığı” gündür. Bu gün əsrin sərkərdəsi Ali Baş Komandan cənab İlham Əliyevin bütün saxta beynəlxaq qurumların oyuncaq siyasətinə “Kifayətdir!”–deyib “VUR” əmrini verdiyi gündür. Bu gün 30 illik səbir kasasının daşdığı gündür! Bu gün Babəklərin, Koroğluların, Nadir şahların, Fətəli xanların, Mehdilərin, Həzilərin, Əlyarların, Raqubların, Mübarizlərin, Poladların ...ruhunun cəbhələrdə komandan olduğu gündür. Bu gün uca HAQQIN Haqq yolunun yolçularının kürəyinə əl çəkdiyi gündür.Və bu gün  ulu SÖZÜN  qoç igidlərin sücaəti önündə heyrətdən dilinin tutulduğu gündür.! “SƏN NƏ MÖHTƏŞƏM GÜNSƏN BELƏ!” dən oyana işləməyən heyrətin doğulduğu gündür. Qarabağın  ilk şəhidləri Əli və Bəxtiyardan üzü bəri bütün şəhidlərimizin narahat ruhu dinclik tapdı həmin gün... Çox yaxın tarixdə düşmən təxribatına osmanlı tokatı ataraq əsir torpaqlarımıza addım-addım sahiblənməyimizin başlanğcı oldu 27 sentyabr 2020-ci il...

Bu gündən başlayaraq Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə Füzuli rayonuna səfəri çərçivəsində 27 Sentyabr - Anım Gününə həsr olunmuş xatirə lövhəsinin açılışı mərasimdəki çıxışında Vətən müharibəsində əldə olunan Zəfərin önəminə bir daha diqqət çəkərək deyib: “44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq”. Daha sonra Şuşaya səfər edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Yuxarı Gövhərağa məscidində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

Bu gün Azərbaycan Xalqı, Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandanımız Prezident İlham Əliyevin səriştəli rəhbərliyi, uzaqgörən siyasəti ilə Qarabağda yeni bir tarix yazır. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstəyimizə nail olmuşuq. Və əminəm ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik Vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcəkdir.



  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya