» » Azərbaycanla Ermənistanı vahid təlimdə yalnız Rusiya amili birləşdirir - GƏLİŞMƏ

Azərbaycanla Ermənistanı vahid təlimdə yalnız Rusiya amili birləşdirir - GƏLİŞMƏ



 “Rusiyanın Primorsk diyarındakı Sergeyevski poliqonunda avqustun 31-də başlayan «Şərq-2022” strateji komanda-qərargah təlimləri davam edir. Təlimlərə 14 ölkədən 50 mindən çox hərbçi, 5 mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, kater və dəstək gəmisi cəlb olunub. Təlimlərdə Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistanın hərbçiləri bu və ya digər şəkildə iştirak edirlər”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Qərbin sərt sanksiyaları fonunda Rusiyanın bu təlimlərdə məqsədi özünə yaxın bildiyi dövlətləri bir yerə toplamaqdır:

“Uzaq Nikaraqua ilə Monqolustanı, Hindistanla Çini və ya Azərbaycanla Ermənistanı vahid təlimdə yalnız Rusiya amili birləşdirir. Təsadüfi deyil ki, təlimlərin açılışında iştirak edən Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov açılış nitqində deyib ki, təlimlərdə iştirak edən dövlətləri yalnız sərhədləri yaxınlığında hərbi təhlükəsizliyin möhkəmləndirilməsi zərurəti bağlamır, həm də ölkələr arasında uzun müddətli dostluq münasibətləri, yaşlı nəsillər tərəfindən qoyulmuş ümumi qəhrəmanlıq keçmişi bağlayır. Halbuki, Azərbaycanla Ermənistan və ya Çinlə Hindistan arasında hansı dost münasibətlərdən danışmaq mümkündür? Azərbaycanla Ermənistan arasında sülh sazişi mövcud deyil, Çinlə Hindistan arasında isə sərhəd problemi və tez-tez sərhədin dağlıq hissəsində toqquşmalar var. Bu arada, Hindistanın öz istehsalı olan ilk təyyarədaşıyan gəmisi “Vikrant”-ın dəniz sınaqlarının dördüncü mərhələsi başa çatıb və bundan sonra gəmi ölkənin Hərbi Dəniz Qüvvələrinə qəbul edilə bilər. Bu gəmi Rusiya istehsalı olan “MiQ” qırıcılarını, həmçinin Rusiyanın “Ka-31” və Amerikanın “MH-60R” helikopterlərini daşıyacaq. Hindistan təyyarədaşıyan gəmidə digər təyyarə və helikopterlərin yerləşdirilməsini də nəzərdən keçirir. Hindistanda təyyarədaşıyan gəminin layihələndirilməsi işlərinə 1999-cu ildə başlanılıb, on il sonra gəminin özülü qoyulub və 2013-cü ilin avqustunda suya buraxılıb. Pandemiya təyyarədaşıyan gəminin avadanlıqları ilə bağlı işləri ləngidib. Hazırda işlər yekunlaşıb”.

E.Şahinoğlu əlavə edib ki, Hindistanın hərbi gücünü artırması və okeanlarda üzə bilən təyyarədaşıyan gəmilərinin üzməsinin səbəbi bəllidir:

“Vaxtilə okenlarda yalnız ABŞ-ın təyyarə daşıyan gəmiləri üzər və bu Amerikanın dünyadakı hərbi gücünün nümayişi idi. Bu, Hindistanı narahat etmirdi. Çünki ABŞ Hindistan üçün təhlükə yaratmırdı. Ancaq hazırda belə gəmilər Çində də var. Çinin bölgədə artan hərbi gücü və təyyarədaşıyan gəmiləri Hindistanı ciddi narahat etməyə başladı. Bu səbəbdən Hindistan Çindən geri qalmamağa çalışır. Dehli Çinin planlarından narahatdır. Bu səbəbdən Hindistanla Çinin eyni hərbi təlimlərdə iştirakı sadəcə simvolik xarakter daşıyır”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya