» » “Ermənistan Zəngəzuru da itirəcək!..” - Kapitulyant üçün kritik gözlənti

“Ermənistan Zəngəzuru da itirəcək!..” - Kapitulyant üçün kritik gözlənti

“Ermənistan Zəngəzuru da itirəcək!..” - Kapitulyant üçün kritik gözlənti


Məğlub ölkənin bağlanan axırıncı şansı və “kitabı”; politoloq: “Bölgədə gərginliyin bir səbəbi Ermənistanın tam qərbyönlü oriyentasiyaya keçidə hazırlaşması ilə bağlıdır...”

Musavat.com məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın qardaş ölkə üçün “qırmızı xətt” olması haqda bəyanatı Ermənistanda “soyuq duş” effekti yaradıb. Erməni qırğılar bir daha əmin olublar ki, “havayı pendir yalnız tələdə olur”. Yəni Ermənistan Azərbaycanla münasibətləri Bakının 5 məlum prinsipi, daha doğrusu, beynəlxalq hüquq əsasında normallaşdırmayana qədər Türkiyə ilə əlaqələri qaydaya düşməyəcək. Təbii ki, sərhədlər də açılmayacaq.

Ərdoğanın bəyanatının bir açması və ya ismarış da odur ki, İrəvan sülh oyunlarına, “iki stul” siyasətinə davam eləməklə, “siçan-pişik” oyunları ilə öz məkrli hədəflərinə çatmayacaq, bununla yalnız erməni xalqının ağrı-acılarını, məşəqqətlərini artıracaq. Çünki blokadada olan Ermənistandır, Azərbaycan və Türkiyə yox!..
*****

Əfsus ki, mövcud reallığı erməni cəmiyyətinə izah eləmək əvəzinə, kapitulyant ölkədəki radikal-revanş qüvvələr, digər anti-Türk ünsürlər, bəzən elə hakimiyyət təmsilçiləri israrla bunun əksi yönündə təbliğat aparır, mazoxistlər kimi öz xalqının iztirablarının bitməsinə imkan vermirlər.



Beniamin Matevosyan

Məsələn, erməni politoloq Beniamin Matevosyan hesab edir ki, “Ankara ilə münasibətlərin tənzimlənməsi prosesi İrəvan üçün sonsuz güzəştlər yoludur ki, bu da axırda nəinki sərhədləri açmayacaq, hətta Ermənistanın son səhifəsini də bağlayacaq”.

Bu barədə o, News-am-a müsahibəsində bildirib.

Onun iddiasına görə, “Türkiyə Prezidentinin məlum sözlərindən sonra Ankaranın İrəvanla münasibətlərdə ilkin şərtinin olmamasından danışmaq insan məntiqinə təhqirdir”. Matevosyan bu kontekstdə deyib ki, Ermənistan-Türkiyə münasibətləri prosesi nə qədər dərinləşsə, Türkiyənin tələbləri də bir o qədər çoxalacaq.

O, Ərdoğanın Azərbaycanın Türkiyədən ötrü “qırmızı xətt” olduğunu, yalnız Azərbaycanın problemi həll olunanda Türkiyənin qapılarının Ermənistanın üzünə açılacağını söyləməsini xatırladaraq əlavə edib: “Azərbaycan isə Ermənistandan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağı, qoşunları Qarabağdan çıxarmağı, Qarabağa yeni çağırışçılar göndərməkdən imtina etməyi, Laçın dəhlizi ilə eyni məntiqlə ”Zəngəzur dəhlizi"nin yaradılmasını təmin eləməyi, Ermənistan ərazisindəki Azərbaycan anklavlarını qaytarmağı tələb edir. Ərdoğan deyir ki, bu tələblər yerinə yetiriləndə sərhədlər də açılacaq".

*****

Buradaca məntiqli sual ortaya çıxır: görəsən, sadalanan tələblərin (Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması, qoşunları Qarabağdan çıxarması, Qarabağa bir daha yeni çağırışçılar göndərməməsi, Laçın dəhlizi ilə eyni məntiqlə “Zəngəzur dəhlizi”nin yaradılmasını təmin eləməsi, Ermənistan ərazisindəki Azərbaycan anklavlarını qaytarması) hansı birisi qanunsuzdur və “erməni dövlətçiliyi”nə təhdiddir?!



Əlbəttə ki, heç biri. “Miatsum” virusundan əziyyət çəkən Ermənistandan sadəcə, vaxtilə oğurladıqlarınə qaytarmaq və götürdüyü öhdəlikləri yerinə yetirmək tələb olunur, vəssalam. Heç kim də onun ərazisinə iddia eləmir, göz dikmir, hərçənd bu saxta, qondarma dövlət rusun əli ilə, tər-təmiz Türk torpaqlarında yaradılıb!

İndi güzəşti kim kimə edir? Matevosyan və onun kimi degeneratlar, gicbəsərlər nə çərənləyir belə? Kimin qulağından “əriştə” asmaq istəyirlər, İrəvanın hansı güzəştindən dəm vurular? Nə vaxtdan oğru oğurladığını məcburən qaytaranda bu onun güzəşti sayılıb? Əksinə, harama əl uzatdığıma görə, yad torpaqları işğal edib taladığına görə ona layiqli cəza düşür.

*****

Ermənistan adlı simvolik dövlətin sonuncu səhifəsinin, yəni “kitabı”nın bağlanması perspektivinə gəlincə, bax, bu, əlbəttə, haqlı əndişədir. Ermənistan özünü bölgədə quldur, terrorçu dövlət kimi deyil, normal dövlət kimi aparmayanadək onun varlığı həmişə sual altında olacaq. Bu aqibətdən qaçmaq üçün ilk addım isə təcili şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb oradan bütün qanunsuz hərbi birləşmələri, “Dağlıq Qarabağ konflikti”, “Minsk Qrupu”, “status” ifadələrini isə öz leksikonundan həmişəlik çıxarmaqdır.



Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da əmindir ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi bilavasitə İrəvanın qeyri-konstruktiv mövqeyi ilə bağlıdır və bu vəziyyətə düzəliş edilməlidir.

Bu barədə o, Caliber.az-a açıqlamasında bildirib.

Politoloq Ermənistan tərəfinin hələ də Minsk Qrupu formatını danışıqlar prosesinə inadla, lakin əbəs yerə qoşmağa çalışdığına diqqət çəkərək deyib: “Bu, onun Qarabağdakı vəziyyətə təsir göstərməyə ümid etdiyi yeganə formatdır. Minsk Qrupunun bərpa şansı isə yoxdur və bunu İrəvanda da çox güman ki, başa düşürlər, baxmayaraq ki, hələ də ”status" haqda boşboğazlıq edir, Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı kimi mövqe nümayiş etdirməyə çalışırlar".

Eks-diplomat yaranmış durumda Qarabağda yeni hərbi eskalasiya ehtimalının yüksək olduğu qənaətindədir və hesab edir ki, bu, həm də Ermənistanın tamamilə qərbyönlü oriyentasiyaya keçməyə hazırlaşması ilə bağlıdır.

“Aydındır ki, Ermənistan rəhbərliyinin bu siyasətinə təsir imkanlarının azalması fonunda Rusiya regionda bütün ölkə üzərində olmasa da, heç olmasa, Zəngəzur üzərində nəzarəti saxlamağa çalışır. Hansı ərazi vasitəsi ilə ki, o, ilk növbədə Türkiyə, İran kimi mühüm iqtisadi tərəfdaşları ilə, onun hüdudlarından kənarda isə Fars körfəzi ölkələri və bəlkə də Hindistanla dəmiryolu əlaqəsini saxlamaq istəyir”, - deyə politoloq vurğulayıb.

Ona görə də T.Zülfüqarovun qənaətincə, konkret halda Zəngəzur dəhlizi Rusiya üçün strateji əhəmiyyət kəsb edir və Moskva ona nəzarət üçün sonadək mübarizə aparacaq. “ABŞ da bunu başa düşür. O səbəbə Qərbdəki müəyyən qüvvələr, çox güman ki, İran, Rusiya və Türkiyə arasında bu yöndə əməkdaşlığa mane olmağa çalışacaq”, - deyən azərbaycanlı diplomat əlavə edib ki, Qarabağda münaqişənin yeni mərhələsinin başlayacağı təqdirdə Ermənistan Zəngəzura nəzarəti tamamilə itirə bilər...
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Mart 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Qalereya