» » ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ – Afər Allahverdiyev

ŞƏFALI ƏLLƏRİN MÖCÜZƏSİ – Afər Allahverdiyev



Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Belə ki, yeni tikilən tibb ocaqları ilə bərabər həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün öz vətəndaşlarına xidmət göstərirlər. Ölkəmizdəki onlarla səhiyyə və tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin böyük bir hissəsi, dünyanın ən qabaqcıl universitet və akademiyalarında təhsillərini almış mütəxəssislərdir. Bu mütəxəssislərin əksəriyyəti təhsillərini başa vurduqdn sonra ölkəmizə qayıdaraq xalqımıza xidmət etməkdədirlər.

Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də National Prime Hospitalıdır. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi National Prime Hospital Neyrocarrah Afər Allahverdiyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

National Prime Hospital Neyrocarrah Afər Allahverdiyev  qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Afər Allahverdiyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, National Prime Hospital Neyrocarrah Afər Allahverdiyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Allahverdiyev Afər Seyfəddin oğlu.10.10.1972-ci ildə Azərbaycan Respublikasının Qax rayonunda anadan olub.1979-1989-ci illərdə Bakı şəhəri 213 saylı orta məktəbdə oxuyub. 1990-1996 ci illərdə N.Nərimanov adına Tibb institutunda pediatriya fakultəsində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib. 1996-1998-ci illərdə Azərbaycan Tibb universitetinin Neyrocərrahlıq kafedrasında klinik ordenatura keçib. 1999-2001-ci illərdə ATU-nın Neyrocərrahlıq kafedrasında aspiranturada oxuyub.Aspiranturanı “Bel-oma diskogen mənşəli radikulitin diaqnostika,klinika və cərrahi müalicəsinin müasir aspektləri “mövzusunda dissertasiya işini müdafiə edib. 2002-ci ildən bu günədək ATU-nın Neyrocərrahlıq kafedrasının assistenti vəzifəsində çalışır.Bu müddətdə  bir neçə xarici dövlətdə: Rusiya Federasiyası Moskva şəhəri- N.N.Burdenko adına Neyrocərrahiyyə İnstitutu,Ukrayna Kiev şəhəri Romodanov adına Neyrocərrahiyyə İnstitutu,Türkiyə Ankara şəhəri Hacettepe Universiteti,Almaniya Berlin şəhəri “Vivantes”qrupun Fridrixsxayn klinikası,Türkiyə İstanbul “Anadolu sağlık mərkəzi“.Ixtisasartırma kursları keçib.20-dən artıq məqalə və tezislərin müəllif və həm müəllifidir.
Azərbaycan Respublikasının özəl tibb müəssələrində neyrocərrah kimi fəaliyyət göstərib:
1. Lanset Klinikası.2003-2005
2. City Hospital.2005-2006
3. Abu endoklinika.2006-2007
4. Caspian Hospital.2014-2015
5. Uni Klinika.2008-2017
6. Milana Vip Hospital 2018-2019

2019-ci ilin dekabr ayından National Prime Hospitalda neyrocərrah kimi fəaliyyətə başlayıb.
National Prime Hospitalda aşağıdakı neyrocərrahi əməliyyatlar ən son müasir avadanlıqlarla aparılır:

1. Boyun,bel fəqərəarası disk yırtıqlarının Rutin,mikroskop və endoskopik üsulla icra edilir.
2. Onurğa beyni və fəqərələrin şişlərinin mikroskopik üsulla xaric edilməsi.
3. Skolioz əməliyyatları
4. Kifotik deformasiyalda əməliyyatlar.
5. Vertebroplastika.
6. Fəqərə sütunu və onurğa beyni travmalarında bütün əməliyyatlar çeşidi, kəllə beyin travmalarındakı bütün çeşiddə əməliyyatlar.
7. Baş beyinin şişlərinin  çıxarılması.
8. Hipofiz vəzinin adenomasının transnazal endoskopik üsulla çıxarılması.

  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Mart 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Qalereya