» » Azərbaycan Ordusunun qəzada həlak olan hərbçisi Taleh Əliyevlə vida mərasimi keçirilir - FOTO

Azərbaycan Ordusunun qəzada həlak olan hərbçisi Taleh Əliyevlə vida mərasimi keçirilir - FOTO

Azərbaycan Ordusunun qəzada həlak olan hərbçisi Taleh Əliyevlə vida mərasimi keçirilir - FOTO


Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Taleh Saleh oğlu Əliyevin nəşi doğulduğu Zərdab rayonunun Gödəkqobu kəndinə gətirilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir.

Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanı əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər. Vida mərasimindən sonra onun hərbçimiz Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, mərhum Taleh Əliyev 10 ilə yaxın idi ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Evli idi, iki qız övladı var.
Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Sentyabr 2023    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Qalereya