» » Alim Qasımov Ərdoğanla görüşündən danışdı: "Dedi, "Sarı gəlin" oxu"

Alim Qasımov Ərdoğanla görüşündən danışdı: "Dedi, "Sarı gəlin" oxu"

Alim Qasımov Ərdoğanla görüşündən danışdı: "Dedi, "Sarı gəlin" oxu"


Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Bu barədə qaynarinfo-ya sənətkarın özü məlumat verib. O bildirib ki, Türkiyə prezidenti konsertdə xanəndədən "Sarı gəlin” mahnısını oxumağı xahiş edib:

"Konsert Dubayda keçirilib. Orada Azərbaycanın böyük bir sərgi layihəsi vardı. Dedilər, tədbirə Türkiyə prezidenti də qatılacaq. Amma qaydalara görə, oturmayacaqdı, gəlib elə keçib-gedəcəkdi. Biz oxuyanda gəldi, baxdı, konsertin sonuna kimi oturdu, bizi dinlədi. Sonra bir "Sarı gəlin” mahnısını da xahiş elədilər. Fərqanə xanımla onu da oxuduq. Sonra səhnəyə çıxıb bizi təbrik elədi və Azərbaycan muğamlarını, musiqisini yüksək qiymətləndirdi”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya