» » Prezidentə müraciət edən Xalq artistinin problemi həll edildi

Prezidentə müraciət edən Xalq artistinin problemi həll edildi

Prezidentə müraciət edən Xalq artistinin problemi həll edildi


Bir neçə gün əvvəl rejissor, yazıçı və şair, Azərbaycanın xalq artisti Əflatun Nemətzadə Bakıda ona qarşı mənzillə bağlı dələduzluq edildiyindən şikayət edib. 

Ankarada Qazi universitetinin professoru olan Əflatun Nemətzadənin şikayətini “Haqqın.az” saytı işıqlandırıb. Məlumata görə, Yazıçılar Birliyinin üzvü Ə.Nemətzadə 2017-ci ildə Ankarada olarkən Azərbaycan səfirliyindən ona zəng edilib və “Fədək” mənzil-tikinti kooperativinin nümayəndəsi görüşmək istədiyini bildirib. Nümayəndənin professorla görüşmək istəməsinə səbəb isə onun Bakıda sahib olduğu mənzil olub. 

Şikayətçinin sözlərinə görə, Nemətzadə həmin şəxslə görüşdükdə şirkət nümayəndəsi professora müqavilə təqdim edib. Sözügedən müqaviləyə əsasən, professor Bakının Nəsimi rayonunda sahib olduğu mənzilinin yerləşdiyi evin sökülməsinə icazə verir və bunun müqabilində həmin ərazidə inşa olunacaq çoxmərtəbəli binada geniş əraziyə sahib mənzil əldə edəcək. 

Sayt yazır ki, müqaviləyə əsasən, Nemətzadəyə yeni inşa olunan binada 20 kvadrat metr əlavə tikili ilə 118 kvadrat metr sahəsi olan yeni mənzil verilməli idi. Lakin daha sonradan şirkətin rəhbəri dəyişdiyindən əvvəlki layihə də ləğv olunub və yenisi hazırlanıb. Yeni layihəyə əsasən isə sakinlərə əlavə ödəniş qarşılığında 140-150 kvadrat metr sahəli mənzillər təklif olunub. Nəticədə isə Nemətzadə mənzilsiz qalıb. 

Bunun ardınca, Ə. Nemətzadə Prezident İlham Əliyevlə şəxsən tanış olduğunu bildirərək ondan kömək istəyib. Professorun üzləşdiyi problem işıqlandırıldıqdan sonra onun məsələsinə tez bir zamanda reaksiya verilib.

Prezidentin göstərişi əsasında, bu məsələ dövlət orqanlarının nəzarəti altına götürülüb və öz həllini tapıb. Belə ki, Əflatun Nemətzadə ilə ona böyük əraziyə sahib mənzilin verilməsi ilə bağlı yeni müqavilə imzalanıb. 

Bununla yanaşı, ev inşa olunana qədər Ə.Nemətzadə üçün mənzil icarəyə götürüləcək. Həmçinin professorun əvvəlcədən “Fədək” şirkətinə ödədiyi 10 min manat vəsaiti də geri qaytarılıb.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya