Главная > Kriminal > Qazi faciəvi şəkildə öldü

Qazi faciəvi şəkildə öldü


19-05-2023, 10:56. Разместил: admin
Qazi faciəvi şəkildə öldü


Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində ölümlə nəticələnən yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, 1993-cü il təvəllüdlü Kamilov Mirdamət Mirkamıl oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə piyada 2001-ci il təvəllüdlü Rüstəmov Vüqar Pünhan oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, V.Rüstəmov Vətən müharibəsi qazisidir. O, müharibədə iştirakına görə bir neçə medalla təltif edilib.


Вернуться назад