Главная > Kriminal > Ermənilər dünən Qarabağda nə qədər itki verib?

Ermənilər dünən Qarabağda nə qədər itki verib?


4-08-2022, 11:26. Разместил: admin
Ermənilər dünən Qarabağda nə qədər itki verib?


Azərbaycan Ordusunun dünən Qarabağda keçirdiyi "Qisas" əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin sayı 19-a çatıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə separatçı rejimin "səhiyyə naziri” Mikael Ayryan bildirib.
 
Onun sözlərinə görə, 4 yaralının vəziyyəti ağırdır: "Onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir”.
 
Qeyd edək ki, bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.


Вернуться назад