» » Bakıda gecə 4 avtomobilin toqquşduğu ağır qəzadan görüntülər - VİDEO

Bakıda gecə 4 avtomobilin toqquşduğu ağır qəzadan görüntülər - VİDEO

Bakıda gecə 4 avtomobilin toqquşduğu ağır qəzadan görüntülər - VİDEO


Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
BAKU TV xəbər verir ki, qəza Heydər Əliyev prospektində, Bağırov körpüsü kimi tanınan tuneldə qeydə alınıb. 

Prospektlə hərəkətdə olan iki "Toyota" və "Opel" markalı avtomobillər olmaqla ümumilikdə 4 nəqliyyat vasitəsi toqquşub. 

İlkin məlumata görə, hadisə nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Nemət Rasim oğlu, 1982-ci il təvəllüdlü Kazım Quliyev və Verdiyev Samir Sahib oğlu xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. 

Ə. Nemətə qapalı kəllə-beyin travması və baş-beyin əzilməsi, Q. Kazıma isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub. 

Qəza səbəbindən yolun hər iki istiqamətində sıxlıq müşahidə edilib. 

Faktla bağlı araşdırma aparılır. 


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya