» » Evinin həyətində narkotik əkib-becərən saxlanıldı - Video

Evinin həyətində narkotik əkib-becərən saxlanıldı - Video

Evinin həyətində narkotik əkib-becərən saxlanıldı - Video


Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri keçirib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Bəhruz Salmanov Binə qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan ümumi çəkisi 5 kiloqram 18 qram olan narkotik vasitə marixuana aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.

Araşdırma zamanı müəyyən olunub ki, Bəhruz Salmanov narkotik vasitələri Binə qəsəbəsində yaşadığı evin həyətində əkib-becərərək onlara xüsusi qulluq edib. Daha sonra o, çətənə kollarını həm şəxsi istifadəsi, həm də satmaq məqsədi ilə qurudub.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya