» » Arutyunyan Azərbaycanda saxlanıldı – Erməni mənbələr

Arutyunyan Azərbaycanda saxlanıldı – Erməni mənbələr

Arutyunyan Azərbaycanda saxlanıldı – Erməni mənbələr


Separatçıların keçmiş lideri Arayik Arutyunyanın əmisi oğlu Artur Arutyunyanın bu gün Azərbaycan sərhədçiləri tərəfindən saxlanıldığı iddia edilir.

Bu barədə erməni mənbələri yazır.

Xatırladaq ki, Xankəndidəki qondarma rejimin sonuncu lideri Samvel Şahramanyan onu özünə qondarma “dövlət naziri” təyin etmişdi.

Qeyd edək ki, keçmiş separatçı liderlər Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan hələ də Xankəndindədirlər. Onların taleyi ilə bağlı danışıqlar davam edir.

Bu barədə yazan TASS öz mənbəsinə istinadən bildirib ki, onların Ermənistana köçməsi ilə bağlı məlumatlar təkzib edilib. Onlar Xankəndində gizlənməkdə davam edirlər.

Bundan öncə separatçı liderlərin Qarabağdan çıxa bildiyi deyilirdi.

Daha sonra erməni media nümayəndəsi də yayılan xəbərlərin doğru olmadığını söylədi.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Dekabr 2023    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Qalereya