» » Azərbaycanda böyük strateji əhəmiyyət kəsb edən yol

Azərbaycanda böyük strateji əhəmiyyət kəsb edən yol

Azərbaycanda böyük strateji əhəmiyyət kəsb edən yol


Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizi yaxın gələcəkdə böyük strateji əhəmiyyət kəsb edəcək.
Bu barədə Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Naxçıvanla quru yolunun bərpası Azərbaycan üçün böyük iqtisadi əhəmiyyət daşıyır.

“Bu proses Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında quru nəqliyyatın təmin olunması anlamına gələcək.

Bu bir tərəfdən Azərbaycan istehsal olunan məhsulların Naxçıvan və Türkiyə bazarına nəql edilməsinə imkan yaradacaq. Digər tərəfdən isə bu Naxçıvan MR-da istehsal edilən məhsulların daha ucuz və daha qısa müddətdə Azərbaycanın digər bölgələrinə göndərilməsi, onun bir qisminin dünya bazarına çıxarılmasına şərait yaradacaq.

Həmin nəqliyyatın Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyası nəzərdə tutulub. Bu da Azərbaycan üzərində daşınan beynəqlxaql yüklərin həcminin artmasının və Azərbaycanın beynəlxalq yük daşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaq.

Bu baxımdan təbii ki, Azərbaycan iqtisadiyyatı üçün pozitiv təsirləri olacaq”, - deyə deputat bildirib.

V.Bayraovun fikrincə, bu proses Türkiyə ilə iqtisadi əlaqələrin daha da inkişafına təsir edəcək:



“Türkiyənin Şərq bölgəsinin bələdiyyə rəhbərərinin qiymətləndirmələri də göstərir ki, bu ərazilərin həm iqtisadi baxımdan inkişafına təsir edəcək.

Çünki onların ixrac imkanları artacaq. Eyni zamanda bu Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinə və ticarət dövriyyəsinin böyüməsinə imkan yaradacaq.

Eyni zamanda Rusiyadan Türkiyəyə və ya əksinə Türkiyədən Rusiyaya Azərbaycan üzərindən daşınan yüklərin həcminə birbaşa təsir göstərəcək. Praktiki olaraq bu Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələrinə pozitiv təsir göstərəcək”.

Millət vəkili deyir ki, təklif olunduğu kimi gələcəkdə 6-lıq platformasının yaradlması müzakirə olunur:

“Bunun üçün Ermənistanın qonşuların ərazi bütövlüyünü tanıması, qonşuları ilə sülh şəraitində yaşaması çox vacibdir.

Bunun üçün Ermənistan işğalçı siyasətdən əl çəkərsə, reallığı qəbul edərsə, qonşuları ilə münasibətləri bərpa edərsə, bölgədə vəziyyət daha da yaxşılaşacaq.

Bu həm də Ermənistanın iqtisadi əlaqələrinə təsir göstərəcək. Bütün hallarda nəqliyyat əlaqələrinin genişlənməsi Azərbaycanın dövlət gəlirlərinə də müsbət təsir edəcək. Bütünlükdə bu regionun iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq”.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya