» » Gömrük rüsumu ləğv edildi - Bu məhsullar ucuzlaşacaq

Gömrük rüsumu ləğv edildi - Bu məhsullar ucuzlaşacaq

Gömrük rüsumu ləğv edildi - Bu məhsullar ucuzlaşacaq


Xəbər verdiyimiz kimi, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad ediləcək. Nazirlər Kabinetinin müvafiq qərarı 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq. Bəs, bu xaricdən idxal edilən sitrus meyvələrin qiymətinə təsir edəcəkmi?​ Mövzuya münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az -a açıqlamasında deyib ki, bu tədbir nəticəsində xaricdən gələn meyvələrin qiyməti ucuzlaşacaq. Gömrük rüsumunun 15 faiz azaldılması məhsulun əlçatanlığının təmin olunmasına imkan verəcək: “Tropik meyvələrin 15 faiz gömrük rüsumundan azad olunması müsbət haldır. Bu qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Həmçinin, bu tədbir nəticəsində digər meyvələrin qiymətinin enməsi üçün zəmin yaradacaq. Sözsüz ki, bu, yerli meyvələrin qiymətinə də təsir göstərəcək”.

İqtisadçının dediyinə görə, Azərbaycana ən müxtəlif ölkələrdən təzə meyvə məhsulları idxal olunur: “Bu məhsullar arasında sitrus, tropik meyvələrlə yanaşı, Azərbaycanın iqlim şəraitində yetişən meyvələr də var. Sitrus və tropik meyvələrin idxalı başadüşüləndir. Çünki ölkəmizin iqlim şəraiti həmin məhsulları yetişdirməyə imkan vermir”. ​

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi qiymətlərə müsbət təsir edəcək: "Məntiqlə rüsumdan azad olunan bütün məhsulların qiyməti ucuzlaşmalıdır. Tropik meyvələrin 15 faizlik gömrük rüsumundan azad edilməsi müəyyən dərəcədə qiymətlərə təsir edəcək. Hətta, qiymətlərdə endirimlər ola bilər. Tropik meyvələr gündəlik tələbat məhsulları olmadığına görə, bu qərar vətəndaşın büdcəsinə əhəmiyyətli təsir göstərməyəcək. Çünki bunlar Azərbaycanın rasionunda az yer tutan məhsullardır".
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya