» » Xocalı FK gündəm oldu: "Valideynləri alıb, xəbərimiz olmayıb" - FOTO

Xocalı FK gündəm oldu: "Valideynləri alıb, xəbərimiz olmayıb" - FOTO

  • 7-05-2021, 14:12
  • İdman
  • 0
  • 236
Xocalı FK gündəm oldu: "Valideynləri alıb, xəbərimiz olmayıb" - FOTO


Xocalı Futbol Klubu səhifəsində yeniyetmə üzvlərinin enerji içkisi içdiyini əks etdirən foto paylaşıb.
Səhifədə həmçinin enerji içkisinin adı işarələnib.

Sözügedən foto sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. 

İdman jurnalistləri və xeyli sayda insan azyaşlılara enerji içkisinin paylanılmasına və bundan reklam xarakterlki istifadə edilməsinə görə klubu tənqid edib.

Xocalı FK-nın Ölkə.Az-a açıqlamasında bildirildi ki, fotoda olan uşaqlara energetik içkiləri valideynləri alıb:

“Bizdə valideynlər oyundan sonra uşaqlara enerji içkisi alıblar və bunun da fotosunu çəkiblər. Klubun əməkdaşları da qadınlar olduğuna görə bunu bilmədən paylaşıblar. Biz klub olaraq heç vaxt uşaqlarımıza enerki içkisi təklif etmirik. Bunun ictimailəşdirilməsindən klubun prezidentinin və əməkdaşlarının xəbəri olmayıb”.

Çoxsaylı tənqidlərdən sonra paylaşım səhifədən silinib.

Xatırladaq ki, Xocalı FK 2019-cu ilin 20 noyabrında yaradılıb.


  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya