» » Qadın güləşçilərimiz lisenziya mübarizəsinə qoşulur

Qadın güləşçilərimiz lisenziya mübarizəsinə qoşulur

  • 7-05-2021, 11:20
  • İdman
  • 0
  • 207
Qadın güləşçilərimiz lisenziya mübarizəsinə qoşulur


Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri davam edir.

Turnirin ikinci günündə qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Azərbaycan yığmasının üzvlərindən Türkan Nəsirova (53 kq) Luisa Melendres (Ekvador), Alyona Kolesnik (57 kq) qırğızıstanlı Nuraida Anarkulova, Tatyana Omelçenko (62 kq) Luisa Niemeş (Almaniya) - Cessika Bruilette (Kanada) cütünün qalibi ilə, Elis Manolova (68 kq) Aqoro Papavasileu (Yunanıstan), Gözəl Zutova (76 kq) isə rumıniyalı Katalina Axente ilə üz-üzə gələcək.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik "Tokio-2020"yə vəsiqəni təmin edib.
  • DAHA ÇOX XƏBƏRLƏR

    Şərhlər

    Şərh yaz
    Adınız:
    E-Mail:

    Kodu daxil edin:
    Video
    Bütün xəbərlər
    «    Aprel 2024    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    Qalereya