Главная > Hadisə > Məktəb direktoru qaziyə "şou göstərmə" deyib - Deputat

Məktəb direktoru qaziyə "şou göstərmə" deyib - Deputat


20-09-2022, 12:59. Разместил: admin
Məktəb direktoru qaziyə "şou göstərmə" deyib - Deputat


Qazi polkovnik-leytenant Elşən Umarov övladını 227 saylı tam orta məktəbdə təhsil alması üçün müraciət etsə də, bu mümkün olmayıb.

Bu barədə millət vəkili Etibar Əliyev paylaşım edib. O bildirib ki,direktor qaziyə hörmətsizlik edib:

“Təəsüf ki, müharibə iştirakçısı olduğumu deyəndə mənə "burada şou göstərmək lazım deyil" kimi yersiz, təhqiredici ifadə işlətdi. Bu münasibət zabit heysiyyatıma toxundu”, – deyə E.Əliyev Elşən Umarovun söylədiklərini yazıb.

Deputat əlavə edib ki, direktor şagirdi məktəbə qeydiyyata almaqdan imtina edib. 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirilib ki, sözügedən problemlə əlaqədar qazi polkovnik Elşən Umraov ilə BŞTİ rəhbərliyi arasında görüş keçirilib.

Qeyd edilib ki, valideynin seçimi ilə qazinin övladı yaxınlıqdakı digər məktəbdə qeydiyyata alınıb.


Вернуться назад