Главная > Gündəm / Sosial > Fərhad Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Fərhad Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


23-02-2021, 13:29. Разместил: admin
Fərhad Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov - Ölkə başçısı həmişə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanların fəaliyyətini yüksək dəyərləndirib. Cənab İlham Əliyev çıxışlarında ölkədə korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacağı, dövlətin, xalqın maraqlarına zidd addım atan məmurların cəzalandırılacağı haqda dəfələrlə sərt xəbərdarlıqlar edib. Prezidentin bu məsələyə dəfələrlə toxunması korrupsiyaya qarşı qəti mövqeyinin ifadəsidir. Lakin ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq, bəzi vəzifəli şəxslər öz vəzifələrinə çox məsuliyyətsiz yanaşdıqlarına görə özləri və tabeliklərində olan şəxslər korrupsiya faktları ilə məsuliyyətə cəlb edilib. Xüsusilə də koronavirus pandemiyası dövründə vətəndaşa ayrılan dövlət dəstəyinin mənimsənilməsi qəbuledilməz haldır. Bu məsələlər cənab Prezidentin hər zaman diqqət mərkəzindədir. Azərbaycan Respublikası Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəsinin təyin edilməsi də Azərbaycanda Korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Bu gün həyata keçirilən kadr islahatları məhz peşəkarlığın təminatına, eyni zamanda, ölkənin dayanıqlı inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir. Cənab İlham Əliyevin bütün sahələri əhatə edən, yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma kimi dəyərləndirdiyi inqilabi islahatlar xalq tərəfindən güclü dəstəklənir. Ölkə başçısının son zamanlar etdiyi çıxışların, verdiyi bəyanatların, gördüyü tədbirlərin xarakteri də təsdiq edir ki, rüşvətxor və korrupsioner məmurlarla mübarizə müvəqqəti yox, ardıcıl xarakter daşıyır. Buna görə də ölkədə yeni dövrün başlandığını hər bir məmur nəzərdən keçirib, fəaliyyətində konkret korrektələr aparmalıdır. Ölkə prezidentinin yüksək vəzifə verib irəli çəkdiyi, etibar etdiyi şəxslərin bu cür yanlış hərəkətlərinə haqq qazandırmaq qeyri-mümkündür və çox haqlı olaraq, cənab Prezident bu cür xəyanətkarları bağışlamır və bağışlamayacaqdır! Bu istiqamətdə Prezidentin həyata keçirdiyi islahatlar, verdiyi tövsiyə və tapşırıqlar rayon icra hakimiyyəti tərəfindən rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatra, inzibati ərazi nümayəndəliklərinə, bələdiyyələrə onlayn formada göndərilmiş və bir daha bu tapşırıqlara ciddi şəkildə riayət edilməsi bildirilmışdir. 


 Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənovdur.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Fərhad Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Fərhad Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Fərhad Həsənovdan danışdılar yaxşı ki, Fərhad Həsənov Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktorudur… Fərhad Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

Fərhad Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Fərhad Həsənovu heç vaxt əqidəsindən döndərə bilməz.

Fərhad Həsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Fərhad Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Fərhad Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Fərhad Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Fərhad Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Fərhad Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Fərhad Həsənov özünü doğruldub. Bizdə hörmətli Fərhad Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Вернуться назад