Главная > Gündəm / Dünya > Türkiyə-Azərbaycan Qaziləri Heydər Əliyevin 100 illik Yubileyini birgə qeyd etdilər

Türkiyə-Azərbaycan Qaziləri Heydər Əliyevin 100 illik Yubileyini birgə qeyd etdilər


14-05-2023, 20:14. Разместил: admin

Ulu Öndər Heydər Əliyevin 100 illik Yubileyinə həsr edilmiş təntənəli görüş AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov Türkiyənin Antalya şəhərində səfəri çərçivəsində Türkiyə Müharibə Qaziləri Dərnəyinin Antalya şöbəsində keçirilib.
Görüşdə Türkiyə Müharibə Qaziləri Dərnəyinin Antalya şöbəsinin Başqanı əməkli Albay Zeynal Abidin Sezer, Baçqan yardımçısı Esat Tonguç, ASKEF Başqanı Savaş Unal, Türkiyəli yazar Ali Küçük, Qazi Aydın Acar, Türkiyə-Rusiya üzrə vəkil Emilo Hüseynov, polkovnik Elmar Hüseynov və digər Qazilər iştirak ediblər.
Polkovnik Elmar Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda Ordu quruculuğundakı tarixi rolundan danışdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış  Qələbədən ətraflı məlumat verdi.
Antalya Müharibə Qaziləri Dərnəyinin Başqanı Albay Zenalabidin Sezer Türkiyə-Azərbaycan qardaşlığından bəhs etdi. ASKEF Başqanı Savaş Unal, Türkiyə-Rusiya üzrə vəkil Emil Hüseynov, Qazi Aydln Acar çıxış etdilər. Sonda ABMVİB-nin təsis etdiyi Fəxri Fərmanlar polkovnik Elmar Hüseynov tərəfindən təqdim edildi. Xatirə şəkilləri çəkildi.

Farid Səfərov
AJB-nin üzvü









Вернуться назад